“Paşinyan belə reallığı qəbul edib, amma Əli Kərimli, Tofiq Yaqublu yox…” – DEPUTATDAN SƏRT SÖZLƏR!

OXUNUB: 806 GÜNDƏM Özəl SİYASƏT
"Baxıram, dəhşətə gəlirəm. Həqiqətən acınacaqlı mənzərədir və sözlə ifadə olunası mövzu deyil. "Azadlıq” qəzetinin feysbuk səhifəsi, Tofiq Yaqublu və ona bənzəyən digər anti-milli ünsürlər Azərbaycanın qələbəsinə sevinəcəkləri yerdə, bu qələbəni məsxərəyə qoyurlar, lağlağı edirlər, bu məqamda da öz dövlətinin əleyhinə nələrsə yazırlar. Ayıbdır! Vallah-billah, çox ayıbdır.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Görün bunlar nə qədər manqurtlaşıblar ki, erməni separatçıların əzəli torpaqlarımızdan rədd olmasına belə sevinə bilmirlər. Dəli olublar. Özlərinə yer tapmırlar. Hətta Paşinyan da reallığı qəbul edib, sakitdir. Amma Tofiq Yaqublu Ermənistanın məğlubiyyəti ilə barışmır, həmin məğlubiyyətə görə yas saxlayır, içindəki Ermənistan sevgisini gizlədə bilmir.

Qubad mövzusunu yenə atıblar ortalığa. Hərgah, adama deyən lazım: Heç Qubadın yeridirmi? Azərbaycan görün hansı miqyasda qələbə qazanıb. Düşmən ağ bayraq qaldırıb. Hər şey bizim lehimizədir, Azərbaycanın maraqlarına uyğundur. Bu məqamda Qubadmı yada düşər? Düşsə də, görəsən nə məqsədlə düşər? Niyə düşər? Hazırda mövzu Qubad deyil axı. Hara dürtürsüz Qubadı?

Bunlar həqiqətən dəyişmirlər. Erməni xisləti necə dəyişmirsə Əli Kərimlinin də, Tofiq Yaqublunun da, Fuad Qəhrəmanlının da xisləti dəyişmir. Çünki eyni mahiyyətdədirlər, eyni təfəkkürdədirlər, eyni cür düşünürlər. Xainlər!” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR