PAŞİNYANA MESAJ YOLLAMAQ LAZIMDIR

OXUNUB: 855 DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ
"Ermənistan okeanda sükansız qalan gəmiyə bənzəyir, istənilən istiqamətə yön ala bilər. Biz isə öz növbəsində belə bir gəminin istənilən marşrut trayektoriyasını öyrənməliyik. Biz indiki vəziyyətdə ermənilər qədər "Ermənistanda hadisələr necə inkişaf edə bilər” sualı üzərində düşünməliyik”.
 
BNEWS.az xəbər verir ki, "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu belə deyib.

Onun sözlərinə görə, Ermənistanda vətəndaş müharibəsi başlayarsa bu nə dərəcədə Azərbaycanın xeyrinədir? Bu sual üzərində də düşünməyə dəyər: "Ermənistan 1990-cı illərin əvvəllərində bizdə eyni sutiasiyadan istifadə edərək Rusiyanın dəstəyi ilə Azərbaycanı vətəndaş müharibəsinin astanasına gətirdi və müdafiəsi zəifləyən torpaqlarımızı işğal etdi. İndi də Ermənistanda eyni vəziyyət yaranıb”. 

Politoloq biz də vaxtilə ermənilərin istifadə etdiyi taktikadan istifadə etməliyikmi? – sualına da maraqlı şərh verib: "Müşahidə etdiyim qədər bu suala cavabda Azərbaycanda iki yanaşma tərzi var. Bir qisim deyir ki, yaxşı fürsət yaranıb ordumuz hücuma keçib torpaqlarımızı azad edə bilər. İkinci qisim isə tam tərsinə deyir ki, hücuma keçsək Ermənistan cəmiyyəti Azərbaycana qarşı mübarizədə yenidən birləşəcək, bu isə bizə lazım deyil. İkincilərin digər arqumenti budur ki, Ermənistandakı dərəbəyliyi davamını gözləmək lazımdır. Məsələnin başqa tərəfi də var. 1990-ci illərdə Ermənistan Rusiya ilə birgə Azərbaycana qarşı hərəkət etdi. Burada rollar dəyişməyəcək. Rusiya bizimlə birgə bu dəfə Ermənistanı zəiflətmək üçün hərəkət etməyəcək. Bu Moskvaya lazım deyil. Yəni biz hücuma keçsək belə yenə qarşımızda Rusiyanı görəcəyik.

Bəli, müharibə variantının riqsləri az deyil. Ancaq Ermənistanı elə bugünlərdə də hərbi təzyiq altında saxlamağa, snayperlərimizi dəqiq atəşlərini davam etməsinə Rusiya bizə mane olmur, ola da bilməz. O ki qaldı, Ermənistanda vətəndaş müharibəsi ssenarisinin bizə nə dərəcədə yararlı olub-olmamasına, işğalçını daxildən zəiflədəcək istənilən ssenari xeyrimizədir, bir şərtlə ki, baş verənlərə tam seyrçi qalmayaq. Məsələn Paşinyana Gürcüstan üzərindən mesajlar göndərməkdə qəbahət görmürəm. O, Qarabağ məsələsində Sərkisyanın dediklərini təkrarlasa da, hər halda o nə Köçəryandır, nə də ki, Sərkisyan. Mənə elə gəlir ki, onu doğru yola gətirmək üçün əlimizdə iqtisadi və hərbi alətlər var, sadəcə bu alətləri işə salmaq lazımdır”.
 
İcmal.Az

RƏYLƏR