Paşinyanın gəlişi ikinci Qarabağ müharibəsini başlada bilərmi? - Politoloqdan AÇIQLAMA

OXUNUB: 604 SİYASƏT

Ermənistanın baş naziri ölkə parlamentinin bu gün keçiriləcək xüsusi iclasında müəyyən olunacaq. Yaranan mənzərədən məlum olur ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyan seçiləcək. Bəs, N. Paşinyanın gəlişi ikinci Qarabağ müharibəsini başlada bilərmi?


Məsələylə bağlı fikirləriniBNEWS.az-a bildirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, hazırda Ermənistan parlamentinin toplantısı keçirilir və N. Paşinyan deputatların suallarını cavablandırır, Ermənistanın gələcəyinə dair fikirlərini açıqlayır: "Ermənistanda baş nazir kürsüsünə oturmaq üçün 105 nəfərlik parlamentdə ən azı 53 səs almaq gərəkdir. Hazırda N. Paşinyanı dəstəkləyən fraksiyaların parlamentdə 47 səsinin, daha 6 səsə ehtiyacı var. Qaldı ikinci Qarabağ müharibəsini başalada bilməsi məsələsinə, hələlik ortada dəqiq bir şey yoxdur. Baxmayaraq ki, N. Paşinyan işğalın davam edəcəyini deyir. Amma onun bir məqsədi vardı, Serj Sarkisyanı devirmək. Sonda N. Paşinyan məqsədinə nail oldu”.


Politoloqun sözlərinə görə, hazırda N. Paşinyanın Ermənistanın nə daxili, nə də xarici siyasətlə bağlı konkret bir proqramı, komandası yoxdur: "Məhz Dağlıq Qarabağ və ətraf rayonlarının işqalı davam etdiyinə görə, S. Sarkisyan bu günə düşdü. Çünki indiyə kimi Ermənistanın iki ən böyük qonşusu ilə sərhədləri bağlıdır. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, eləcə də "Cənub Qaz Dəhlizi”, TANAP, TAP və Bakı-Tbilisi-Qars dəhlizi kimi layihələrdən özünü məhrum edən Ermənistanın iqtisadiyyatı çox ağır vəziyyətdədir. Əgər N. Paşinyan S. Sarkisyanın yolu ilə getsə, çox keçmədən onun da devirəcəklər. Əksinə N. Paşinyan Azərbaycanla sülh danışıqlarına başlamalıdır ki, münaqişəni tez bir zamanda həll edilsin”.

 

İcmal.Az

RƏYLƏR