“Paşinyanın narahat olması kimsədə təəccüb doğurmamalıdır” MİLLƏT VƏKİLİ MÜNASİBƏT BİLDİRDİ

OXUNUB: 533 GÜNDƏM SİYASƏT
"Arayik Arutyunyanın istintaqa vermiş olduğu ifadələr bir çox məsələlərə aydınlıq gətirəcək. Eyni zamanda, sirlər açılacaq. Çünki bu adam separatçıların başında gedib, demək olar bütün yaramaz cinayətlərin iştirakçısı olub. Və nəinki iştirakçısı, hətta birbaşa icraçısı olub”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.
 
 
Onun sözlərinə görə, mübaliğəsiz filansız söyləmək olar ki, o, çox şey bilir və güman ki, bildiklərinin də əksəriyyətini danışıb: "Üstəlik, belə məqamda Paşinyanın narahat olması kimsədə təəccüb doğurmamalıdır. Çünki Nikol Paşinyan çox gözəl anlayır ki, Arutyunyan danışdıqca proseslərin əsl mahiyyəti açılacaq və yekunda ipin bir ucu da gəlib bunun özünə çıxacaq. Səbəb də sadədir: Məlum cinayətkar dəstə koordinasiyalı şəkildə fəaliyyət göstərib, eyni mərkəzdən idarə olunub, qərarları müştərək verib. Arutyunyan üçün yolun sonudur. İtirəcəyi də heç nə yoxdur. Ona görə düşünürəm ki, hər şeyi danışacaq və ifşa prosesində onun ifadələri mühüm əhəmiyyət kəsb edəcək. Eyni zamanda, hamıya aydın olacaq ki, erməni vandalizminin əsl üzü, mahiyyəti, fəlsəfəsi nədir.

Paşinyan isə günbəgün daha böyük panika yaşayacaq. Çünki onun vəziyyəti heç də Arutyunyandan daha yaxşı deyil. Çaşqınlığı, rabitəsizliyi də həmin səbəbdəndir”.
 

RƏYLƏR