Paşinyanın oğlunu Azərbaycana göndərməsinin SİRRİ: Bakı ilə...

OXUNUB: 987 SİYASƏT
"Dağlıq Qarabağ münaqişəsi hazırda Paşinyan üçün prioritet deyil. Onun Ermənistanda həll eləməli olduğu bir yığın problemi var”.
Bu barədə rusiyalı ekspert Dmitri Verxoturov deyib.

Onun sözlərinə görə, Paşinyan siyasətbazdır və Qarabağ məsələsində də siyasətbazlıq edəcək.

"O, Bakı ilə münasibətləri yaxşılaşdırmağa çalışacaq, digər tərəfdən də Qarabağ döyüşçülərini razı salmaq üçün nəsə edəcək. Nəhayət, Rusiyanı hirsləndirməmək üçün əlindən gələn hər şeyi edəcək”, - deyə o bildirib.

Paşinyanın öz oğlunu Qarabağa hərbi xidmətə göndərməsinə gəlincə, Verxoturov hesab edir ki, bu da siyasətbazlığın bir sübutudur: "Məsələ ondadır ki, keçmiş Qarabağ döyüşçülərinin nüfuzu hələ də qalır. Paşinyanın onların marağını nəzərə almağa məcburdur. Lakin Paşinyanın oğlunun cəbhə xəttinə gedəcəyi inandırıcı deyil, güman ki, arxada, daha təhlükəsiz yerdə qalacaq. Digər tərəfdən, baş nazirin oğlu Qarabağa vuruşmağa gedirsə, bu, Qarabağın Ermənistanın işğalında olduğunu sübut edən rəsmi mövqe olacaq. Hansı ki, bunu hər kəs bilir, lakin Ermənistan indiyə qədər inkar edir”.

İcmal.Az

RƏYLƏR