Pasxa bayramında başına xaç düşən uşaq öldü

OXUNUB: 131 Özəl DÜNYA
Fransanın Rhone bölgəsində xristianlıq. İsanın dirilməsini qeyd edən Pasxa bayramı mərasimi zamanı başı üzərinə xaçla yıxılan 6 yaşlı qız ölüb. 

7NEWS.az xəbər verir ki, rayon Prokurorluğundan verilən məlumata görə, Anse şəhərindəki xristian icması Pasxa bayramı üçün kilsəyə toplaşıb. Burada ziyarətçilər üçün ayrılmış ərazidə pəncərənin qarşısında oynayan adı açıqlanmayan kiçik qızın başına 2 metr uzunluğunda taxta xaç düşüb. 

Başından ağır xəsarət alan 6 yaşlı qız aparıldığı xəstəxanada dünyasını dəyişib. 

Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb. 

7NEWS.az

RƏYLƏR