"PayPal" şirkəti 2 min işçini ixtisar edəcək

OXUNUB: 145 Özəl DÜNYA
Baş ofisi ABŞ-da yerləşən onlayn ödəniş sistemi "PayPal" 2000 əməkdaşını işdən çıxaracağını açıqlayıb.

7NEWS.az xəbər verir ki, "PayPal" Baş İcraçı Direktoru (CEO) Dan Schulman mövzu ilə bağlı şirkət işçilərinə ünvanladığı bir mesajda, son bir il ərzində çətin bir makroiqtisadi mühitdə şirkətin gücləndirilməsi və yenidən formalaşdırılmasında əhəmiyyətli irəliləyiş əldə etdiklərini, eyni zamanda müştərilərin tələblərini qarşılamaq üçün sərmayə qoymağa davam etdiklərini söylədi.
Şirkətin resursları əsas prioritetlərə yönəltməklə və xərc strukturunu düzgün tənzimləməklə irəliləyiş əldə etdiyini vurğulayan Schulman, bununla belə, hələ görüləcək çox iş olduğunu bildirib.
Schulman qeyd edib ki, çətinliklərin öhdəsindən gəlmək özü ilə bəzi çətin qərarlar da gətirir və şirkət qlobal miqyasda 2000 işçini ixtisar edəcək ki, bu da ümumi işçi qüvvəsinin 7 faizinə bərabərdir.

Dan Schulman, söz mövzusu ixtisarların yaxın həftələrdə baş verəcəyini bildirdi.

7NEWS.az

RƏYLƏR