Paytaxtda sərxoş sürücü qəza törətdi - Yaralananlar var

OXUNUB: 927 HADİSƏ

Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

 1992-ci il təvəllüdlü Emin Səfərəliyev sərxoş vəziyyətində "VAZ-2106" markalı avtomobil ilə hərəkətdə olarkən sürət həddini aşıb və qəfil idarəetməni itirib.

Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb. Sürücü E.Səfərəliyev və sərnişin 1992-ci il təvəllüdlü Elçin Babayev xəsarət alaraq 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Suraxanı Rayon Polis idarəsində araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR