İstanbulda oğurlanmış avtomobildəki şəxslərlə polis arasında silahlı insident baş verib.
İcmal.az bildirir ki, nəticədə 6 nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda təhlükəsizlik qüvvəsi cəlb olunub. Məlumata görə, olay şübhəlilərin avtomobil qaçırması ilə başlayıb. Polis tərəfindən mühasirəyə alınan şəxslər məcburiyyətdən avtomobili Kartal ərazisindəki binalardan birinə çırpıb.