Pens İŞİD “xilafəti”ndən söz açdı

OXUNUB: 610 DÜNYA

İŞİD terror qruplaşması "xilafəti”nin mövcudluğuna xitam verildi, amma terrorçularla mübarizə hələ davam etdiriləcək.

İcmal.Az xəbər verir ki, belə bir bəyanatla ABŞ-ın vitse-prezidenti Mayk Pens çıxış edib.

"Fəxrlə deyə bilərəm ki, İŞİD qaçır, onların xilafəti süquta uğradı və mən söz verirəm ki, İŞİDi yer üzündən yox edənə qədər sakitləşməyəcəyik”, - ABŞ Dövlət Departamentində çıxışı zamanı Pens deyib.

İcmal.Az

RƏYLƏR