Peruda hökumət əleyhinə etirazlar nəticəsində ölənlərin sayı 69-a çatıb

OXUNUB: 110 Özəl DÜNYA
Martın 28-də Peruda hökumət əleyhinə nümayişlər zamanı yaralanan daha bir nəfərin ölümündən sonra ölənlərin sayı 69-a çatıb. 

7NEWS.az xəbər verir ki, Peru mətbuatının məlumatına görə, hökumət əleyhinə nümayişlərdə yaralanan 37 yaşlı Manuel Quilla Puno bölgəsinin Culiaka şəhərində dünyasını dəyişib. Beləliklə, 11 dekabr 2022-ci ildən bəri keçirilən nümayişlərdə ölənlərin sayı 69-a yüksəlib. Quillanın ölümündən sonra açıqlama verən ailə üzvləri Quillanın polis idarəsində məruz qaldığı işgəncələr nəticəsində öldüyünü iddia edib. 

Ölkədəki insan haqları təşkilatlarının məlumatına görə, etirazlarda ölən 69 nəfərdən 50-nin təhlükəsizlik qüvvələrinin birbaşa müdaxiləsi nəticəsində olduğu iddia edilib. 

7NEWS.az

RƏYLƏR