Peterburqda 60 milyon dəyərində qızıl oğurlyan dəstə ilə polis atışdı - Şübhəlilər arasında azərbaycanlı da var - VİDEO

OXUNUB: 828 HADİSƏ

Rusiyanın Sankt-Peterburq şəhərində yanvarın 31-də axşam saatlarında üç nəfər "Adamas" zərgərlik mağazasını yarıb.

Hadisə yerinə gələn polislə soyğunçular arasında atışma yaşanıb.

Maskalı və silahlı şəxslər mağazadan ümumi dəyəri 60 milyon rubl (təqribən, 1 milyon 820 min manat) olan 250 palet qızıl-zinət əşyası oğurlayıblar. Polis soyğunçuların avtomobilini dayandırıb, atışma baş verib. Soyğunçulardan ikisi ağır yaralanıb, polis çavuşu ayağından vurulub. Bir soyğunçu qaçmağa müvəffəq olub, hazırda onun tapılması üzrə şəhərdə əməliyyat keçirilir, bölgədə hərəkət məhdudlaşdırılıb.

Polis hücum edənlərin şəxsiyyətini müəyyənləşdirib.

Polislə atışmada Dağıstandan olan 37 yaşlı Abdulaqapov sinə və bel nahiyəsindən, Gürcüstandan olan 45 yaşlı Valeri Melnikov sağ çiynindən və sağ dirsəyindən güllə yarası alıb. Onlar xəstəxanaya çatdırılıblar.

 

Əməliyyatçıların məlumatına görə, qaçıb gizlənən üçüncü soyğunçu Azərbaycanda doğulub./milli

İcmal.Az

Azərbaycanlı Sankt-Peterburqda zərgərlik mağazasını yarmaqda şübhəli bilinir

RƏYLƏR