Peterburqda azərbaycanlının iştirakı ilə kütləvi dava - VİDEO

OXUNUB: 545 DÜNYA

Rusiyanın Sankt-Peterburq şəhərində inşaat sahəsində miqrantlar arasında kütləvi dava düşüb.

İcmal.Az xəbər verir ki, bu haqda "Fontanka” məlumat yayıb.

Şahidlərin sözlərinə görə, fəhlələr bir-birini daş atəşinə tutub, dəyənəklərdən və dəmir armaturlardan istifadə edib.

İlkin məlumata görə, kütləvi davada yüzə yaxın insan iştirak edib.

Düşən səs-küydən narahat olan sakinlər polisə şikayət edib. Polis əməkdaşları hadisə yerinə gələndə artıq kütləvi davadan əsər-əlamət qalmayıb.

Sonradan məlum olub ki, davada iştirak etmiş 18 yaşlı Tacikistan vətəndaşı və 37 yaşlı Özbəkistan vətəndaşı ağır bədən xəsarətləri ilə yerli xəstəxanaya daxil olub.

İştirakçılardan 30-u polis bölməsinə gətirilib. Onların 26-ı Özbəkistan, ikisi Tacikistan, biri isə Azərbaycan vətəndaşıdır.

İcmal.Az

RƏYLƏR