“Philips” Rusiyaya tibbi avadanlıq tədarükünü davam etdirəcək

OXUNUB: 131 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Hollandiyanın tibbi texnologiya istehsalçısı "Philips" şirkətinin baş direktoru Roy Jakobs, Ukraynadakı münaqişəyə baxmayaraq, Rusiyaya xəstəxana avadanlıqları tədarük etməyə davam edəcəklərini söylədi.

Jakobs bildirib ki, "Philips"in Rusiyadakı fəaliyyəti xəstəxana avadanlıqlarının təchizatı və xidmətinə yönəlib.

Eyni zamanda, şirkət Rusiyada ana qayğı məhsulları istisna olmaqla, fərdi sağlamlıq məhsullarının satışını dayandırdı.

7NEWS.az

RƏYLƏR