Polad Mehdiyev: "Bu kimi səfərlər milli həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir"

OXUNUB: 1050 GÜNDƏM Özəl SİYASƏT

Bu gün Azərbaycan Prezident Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri, politoloqlar, bir neçə baş redaktor və jurnalistin Zəngilan rayonuna səfəri təşkil olunub. 
Siyasi hadisə ilə bağlı 7NEWS.az-a açıqlama verən politoloq Polad Mehdiyev bu cür səfərlərin eyni ölkə daxilində milli həmrəyliyin möhkəmləndirilməsinə xidmət etdiyini deyib: "Azərbaycan Prezident Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri, politoloqlar, jurnalistlər və digər ictimai xadimlərin işğaldan azad edilmiş bölgələri səfərləri, hesab edirəm ki dövlətin ərazi bütövlüyünün bərpası və regionda həyata keçirilən bərpa işlərinin ictimaiyyətə təqdim edilməsi baxımından çox əhəmiyyətlidir.

Cəmi 44 gün ərzində Ali Baş Komandan İlham Əliyev və onun müzəffər ordusu tərəfindən 30 illik işğala son verildi. Beynəlxalq hüququn norma və prinsipləri legitim güc təqdim edilməklə həyata keçirildi. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Əslində bu hadisə həm ölkəmiz üçün, həm də bütövlükdə region üçün yeni tarixin başlanğıcı oldu.

Bundan başqa səfər çərçivəsində işğaldan azad edilmiş əraziləri ziyarət edərkən bərpa və yenidənqurma işlərinin nə dərəcədə böyük və sürətlə davam ediyinin şahidi oluruq. Təbii ki, bu proses Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "Böyük Qayıdış” strategiyası çərçivəsində həyata keçirilir. Ərazilərin minalardan təmizlənməsi, infrastrukturun bərpası, sosial xidmətlərin yaradılması və ekoloji bərpa istiqamətində bir sıra mühüm addımlar atılır.

Hesab edirəm ki, bu cür səfərlər eyni zamanda ölkə daxilində milli həmrəyliyin möhkəmləndirilməsi,
ölkədə fəaliyyət göstərən siyasi partiyalar arasında dialoqun gücləndirilməsi və siyasi sistemin inkişafına töhfə vermə məqsədini daşıyır."

RƏYLƏR