Poliklinikanın şüşəsini sındıran və həkimləri yaralayan şəxs qazi deyil - RƏSMİ

OXUNUB: 724 GÜNDƏM HADİSƏ
"Bakı şəhərində fəaliyyət göstərən 7 saylı Şəhər Poliklinikasında vaksinasiya növbəsində müəssisənin qapısını sındıran və üç həkimə xəsarət yetirən şəxs qazi deyil”.

Bunu AZXEBER.COM-un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib. 

Onun sözlərinə görə, həmin şəxsin kimliyi məlum olub:

"Hadisəni törədən şəxs 1978-ci il təvəllüdlü Ceyhun Ağayevdir. Onun 90-cı illərin Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak etməsi ilə bağlı dedikləri yalandır. Həmin vaxt onun 16 yaşı olub. Vətəndaşın törətdiyi əməllə bağlı tərəfimizdən araşdırma aparılır”.

"Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - deyə DİN rəsmisi qeyd edib

RƏYLƏR