Polis “Vulkan”, “Çinar” və “Layk” otellərinin fəaliyyətini niyə araşdırmır? – Bu otellər paytaxtın ən məşhur əxlaqsız yuvalardı

OXUNUB: 417 GÜNDƏM HADİSƏ
Paytaxt Bakıda bəzi otellər, saunalar, ailəvi istirahət mərkəzləri var ki, onlar əxlaqsız yuvası kimi fəaliyyət göstərir. İnsanlar bir gecəlik və ya bir neçə saatlıq istirahət etmək üçün , öz məşuqələri ilə birlikdə həmin otellərə üz tuturlar. Həmin otellər hansı rayonun ərazisində yerləşirsə onların fəaliyyətindən də həmin rayonun polis idarələrinin rəisləri və əməkdaşları sozsüz ki, xəbərsiz deyillər.
Sirr deyil ki, Bakıda fəaliyyət göstərən bu tip otellərin müştəriləri çox olur. İş vaxtından sonra, ələlxüsus da həftənin şənbə və bazar günləri həmin otellərin həyəti maşınlarla dolu olur. Əlbəttə, həmin otell sahibləri harasa, kiməsə "haqq” verir ki, əxlaqsızlıq yuvasına çevirdikləri otellərə dəyib, toxanan yoxdur. Yada ki, özləri dövlətin müəyyən qatında yüksək vəzifə sahibidirlər.Ona görə də polis həmin obyekti "vura" bilmir. Görünür, polis bu istiqamətdə hərəkətə keçmək istəyərkən otel sahibi polisə əzələ nümayiş etdirirmiş. Hansı ki, polis hər zaman əxlaqsız yuvalarını aşkarlayıb, onların fəaliyyətini dayandırıb.
İndi həm maraqlı, həm də paradoksal bir stuasiya yaranıb. Bilirsiniz ki, sentyabr ayının 1 -dən NK qərarına əsasən kim ki, vaksinasiya olunmayıb, onda COVİD-19 pasportu yoxdursa, onların ticarət, ictimai iaşə obyektlərinə, marketlərə, eləcə də dövlət qurumlarına və s. yerlərə buraxılmasına icazə verilmir.
Etmədik təmbəllik jurnalist dostumla Bakıda fəaliyyət göstərən "Çinar”, "Vulkan” və "Layk” otellərə baş vurduq. Bu gün hər kəs bilir ki, adları çəkilən otellər əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir.
Otelə gələn müştərilərdən (qız və oğlandan) COVİD-19 pasportunun tələb olunub, olunmamasını maraqlandıq. Bildirdilər ki, bəli, olunur. Soruşdum ki, səbəb nədir? (Əslində səbəb bəllidir. Bu sualı ona bəlli cavabı almaq üçün verirdim) "Siz niyə narahatsınız, polis buranı yoxlayır ki” sualını isə olduqca maraqlı cavab verildi. "Bəli, yoxlayır, niyə yoxlanır ki? Elə səbəb də budur.Çox maraqlı bir cavab oldu.Dedim ki, onda elə şeyə qalarsa polis əvvəlcə buranın fəaliyyətini yoxlasın, yoxlanılası o qədər şeyləri var ki… Qayıdım mənə nə desə yaxşıdır. Nə var? Dedim heç nə yoxdur. Sadəcə, polis buranın əxlaqsız yuvası kimi fəaliyyətinə göz yumur. Qaldı üzümə baxa- baxa, cavab verə bilmədi.
Nə deyəsən, Vallah. Yenə də bundan sonrası qalır polisin ixtiyarına./reportyor.org

RƏYLƏR