Polşa axtarış-xilasetmə qrupu dağıntılar altından 14 nəfəri xilas edib

OXUNUB: 234 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Episentri Kahramanmaraşın Pazarcık rayonunda olan və 10 vilayətdə hiss olunan dağıdıcı zəlzələdən sonra Türkiyənin beynəlxalq yardım çağırışı ilə Türkiyəyə gələn Polşa axtarış-xilasetmə qrupu işlərini davam etdirir. Adıyamanın Besni rayonunda çalışan HÜSƏR adlı xüsusi təlim keçmiş yanğınsöndürənlərdən ibarət 76 nəfərlik qrup indiyədək dağıntılar altından 14 nəfəri sağ çıxarıb. 8 axtarış-xilasetmə iti və 20 ton alət və avadanlıqla işlərini davam etdirən Polşa komandası zamanla yarışmağa davam edir.

7NEWS.az

RƏYLƏR