Polşa Rusiya sərhədində elektron sədd çəkəcək

OXUNUB: 216 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Polşa ilə Rusiyanın Kalininqrad vilayəti arasındakı sərhədin elektron maneə ilə ayrılması üçün gələn ay işlərə başlanılacağı açıqlanıb.

Bundan əvvəl Polşa hökuməti elan etmişdi ki, Rusiya sərhədində müvəqqəti tikanlı məftillər çəkilərək bütün 200 kilometrlik şərq sərhədi qorunur.

Sərhəd seysmik sensorlar və daxil olan siqnalları yoxlamaq üçün gecə görmə kameraları da daxil olmaqla detektor sistemi kimi müxtəlif elektron təhlükəsizlik tədbirləri ilə təchiz edilib.

7NEWS.az

RƏYLƏR