Polşa Ukraynaya döyüş təyyarələri göndərəcək

OXUNUB: 148 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Polşa öz inventarında olan MiQ-29 tipli döyüş təyyarələrindən dördünü Ukraynaya verməyə qərar verib. Beləliklə, müharibə başlayandan bəri ilk dəfə bir NATO ölkəsi Ukraynaya döyüş təyyarələri göndərəcək.
Polşa prezidenti Anjey Duda ölkəsinin yaxın günlərdə Ukraynaya 4 ədəd MiQ-29 döyüş təyyarəsi bağışlayacağını açıqlayıb. 

Çexiya prezidenti Petr Paveli paytaxt Varşavada qarşılayan Duda çexiyalı həmkarı ilə görüşündən sonra təşkil etdiyi mətbuat konfransında Ukraynaya təslim ediləcək döyüş təyyarələrinin bu dördü ilə məhdudlaşmayacağını, hazırda texniki baxışda olan təyyarələrin də təslim ediləcəyini açıqlayıb.

7NEWS.az

RƏYLƏR