Polşada 128 nəfərin kütləvi məzarlığı tapılıb

OXUNUB: 240 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Polşanın qərbindəki Vrotslav şəhərinin Vrotslav Dikşteyn küçəsində yerləşən villanın bağçasında aparılan qazıntılar zamanı İkinci Dünya Müharibəsi dövrünə aid Kütləvi məzarlıq tapılıb. Pomost Tarix və Arxeoloji Araşdırma Emalatxanası ünvanda basdırılmış cəsədlərin ola biləcəyi xəbərini alandan sonra ərazidə qazıntı işlərinə başlayıb. Mart ayında başlayan işlər çərçivəsində villanın 100 metr uzunluğunda və 10 metr enində olan bağçasında qazıntı aparan mütəxəssislər 128 nəfərin cəsədini aşkar ediblər.

7NEWS.az

RƏYLƏR