Polşanın ədliyyə naziri Ziobro belində silahla görüntülənib

OXUNUB: 185 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Polşanın ədliyyə naziri Zbiqnev Ziobro Roqovitsdəki Belçatov mədənində baş vermiş qəzada həyatını itirənlər üçün təşkil edilən mərasimdə iştirak edib. Ziobro ölənlərin xatirəsinə ucaldılmış abidəyə əklil qoyarkən pencəyini küləkdən qaldıranda belində silah olduğu görülüb. Sosial mediada yayılan görüntülərdən sonra açıqlama verən nazir Ziobro, "Bir neçə ildir ki, idman və əyləncə məqsədi ilə atış poliqonunda çəkilişlər edirəm. Buna görə də həftəsonundan sonra Varşavaya dönərkən silah yanımda idi. Əsasnaməyə görə, mən silahı maşında qoya bilməzdim”-dedi.

7NEWS.az

RƏYLƏR