Prezident Baş Nazirə tarix və siyasət dərsi keçdi - ALLAHVERDİ NADİROĞLU SİYASİ ŞƏRH - VİDEO

OXUNUB: 15549 KÖŞƏ Özəl DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ AZƏRBAYCAN SİYASƏT TƏHLİL

PAŞİNYAN ƏLİYEVİN QARŞISINDA ACİZ DURUMDA

Tarixdə ilk dəfə Azərbaycan və Ermənistan liderləri Qarabağ münaqişəsi ilə bağlı ictimai müzakirədə iştirak etdilər. Paşinyan görüşə özünə arxayın formada gəlsə də sonda pərt olmuş şəkildə debatı tərk etdi. Cünki real faktlar qarşısında erməni uydurmaları və yalanları puç oldu. Dünya mediasının diqqətlə izlədiyi panel Prezident Əliyevin Ermənistan Baş nazirinə tarix və siyasət dərsi keçməsiylə yadda qaldı.Prezident İlham Əliyev konkret faktlarla danışdı. Paşinyan isə yalan informasiyalarla ictimayyətin fikrini yayındırmağa cəhd etdi. Amma opanentinin bilgisi və iradəsi qarşısında hər dəfə uğursuzluğa duçar olurdu.

 

Əvvəla onu deyim ki, təxminən 50 dəqiqə davam edən görüşdə Prezident İlham Əliyev Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu həm tarixi, həm də beynəlxalq hüquq kontekstində dünya ictimaiyyətinə çatdırdı. Həmçinin dövlət başçısı ATƏT-in Minsk Qrupu həmsədrlərinə də ismarıç verdi ki, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan qurumlar Ermənistana başa salmalıdır ki, bu torpaqlar əbədi və əzəli Azərbaycan torpaqlarıdır.

Maraq üçün deyim ki, "Tarixin atası” Herodot indiki Qafqazın ərazisini nəzərdə tutaraq yazırdı ki, "Hərbi müttəfiq olan farslar və midiyalılardan başqa, burada hökmranlıq etmək iqtidarında olan üçüncü bir dövlət yox idi”. Strabon isə burada yaşayan iyirmi altı tayfanın adını çəkir ki, onların sırasında ermənilərə rast gəlinmir. Yəqin ki, Herodot və Strabon tarixin və coğrafiyanın bu dərəcədə saxtalaşdırılmasını bilsəydilər, qəbirlərində fırlanardılar. Roma imperiyası guya ermənilərin imperiyası olan Great Armenia ilə "döyüşdüyünü" bilsəydi, barbarların hücumunu gözləmədən süqut edərdi. Qrossmeyster İlham Əliyevin mat vəziyyətinə saldığı Nikol Paşinyanın tarixə qayıtmaqdan imtina etməsi də məhz bununla bağlıdır.

O, bütün görüş boyu ampulasına sadiq qalaraq həqiqəti gizlətməyə çalışdı. Lakin onun attdığı bütün bu addımlar sonda onun özünü çıxılmaz vəziyyətə saldı. O, hətta öz çıxışında bir neçə dəfə Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu etiraf etdi. Sələflərinin etiraflarını unudaraq, eks-prezident Ayaz Mütəllibovun Xocalı ilə bağlı dediklərinin erməni jurnalistləri tərəfindən təhrif olunmuş formada verilməsini Paşinyanın "fakt" kimi qabartması isə hər kəs də gülüş doğurdu.


Ölkə rəhbərinin arqumentləri qarşısında aciz durumda qalan Paşinyan növbəti savadsızlığı nümayiş etdirərək, "Dağlıq Qarabağ da Azərbaycan kimi SSRİ-nın tərkibindən çıxaraq müstəqil olub" yanaşması ilə özünü daha da çıxılmaz vəziyyətə salmış oldu. Ermənistana rəhbərlik edən şəxs sadə bir həqiqəti unudur ki, Dağlıq Qarabağın SSRİ-nin tərkibindən və ittifaq müqaviləsini tərk etmək hüququ olmayıb. Digər tərəfdən, SSRİ dağıldıqdan və Azərbaycan BMT-yə üzv olarkən Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi bütün dünya tərəfindən qəbul edilib. D.Qarabağ münaqişə tərəfi deyil və Prezident Əliyevin dediyi kimi, bu ərazi Ermənistan tərəfindən işğal edilib. ATƏT-in Minsk Qrupu da məhz Ermənistanı münaqişə tərəfi kimi tanıyıb və D.Qarabağ heç bir halda danışıqlarda subyekt ola bilməz.


İndi isə bir-iki cümlə "bədən dili” haqqında. Ekspertlərin fikrincə insanın hərəkət xəritəsi beyinə bağlıdır və "bədən dili” insanı çözə bilmək üçün mühüm vasitədir. Diqqət yetirin Paşınyanın yana və aşağıya baxışları, əyri ayaq duruşu (baş barmağın üzərində əminliyin olmaması), dəstəkçi əl çantası, iki çiyni önə yük ağırlğı varmış kimi duruşu (daşıya bilmədiyi ağırlıq) və s. Bunlar onun yalan danışdığını, qorxduğunu, əminliyi olmadığını və ordan - debatdan qaçmaq istədiyini göstərir.

 


 

Bu debat bir daha dünyaya bəyan etdi ki, Dağlıq Qarabağ məsələsinin həllində status-kvonu saxlamağa çalışan məhz erməni tərəfi və onların arxasında duran müəyyən qüvvələrdir. Bu, həm Azərbaycanın xarici diplomatiyasının, həm də Prezident İlham Əliyevin apardığı xarici siyasətin qələbəsidir.

 

 

 

 

RƏYLƏR