Prezident dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib

OXUNUB: 204 index-manşet SİYASƏT
Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitindən istifadə qaydası dəyişib.

İcmal.Az xəbər verir ki, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, bu vəsaitdən özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, dövlət əmlakının satıcısının maddi texniki bazasının möhkəmləndirilməsi üçün də istifadə ediləcək.
 
 
İcmal.Az

RƏYLƏR