Prezident İlham Əliyev Brüsseldə "Şərq tərəfdaşlığı" sammitində iştirak edir

OXUNUB: 734 index-manşet SİYASƏT

Bu gün Brüsseldə V "Şərq tərəfdaşlığı" sammiti öz işinə başlayıb.

İcmal.Az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev sammitdə iştirak edir.

Sammitin rəsmi açılışında Avropa Şurasının prezidenti Donald Tusk, Avropa Komissiyasının sədri Jan Klod Yunker və Estoniyanın baş naziri Eri Ratas çıxış ediblər.

Şərq Tərəfdaşlığı Sammitinin yekunları üzrə iştirakçılar 20 prioritet məqsədləri müəyyən edən yekun sənədi qəbul etmək niyyətindədirlər. 

İcmal.Az

RƏYLƏR