Prezident İlham Əliyev Uqandaya səfərə dəvət olunub

OXUNUB: 365 index-manşet SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyev Uqandaya səfərə dəvət olunub.

Bu barədə Uqandanın yeni səfiri Muhammad Tezikuba Kisambira noyabrın 22-də etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edərkən məlumat verib.

Səfir Prezident İlham Əliyev üçün uyğun vaxtda Uqandaya səfər etməklə bağlı ölkəsinin rəhbərliyinin dəvətini dövlət başçısına çatdırıb.

O həmçinin vurğulayıb ki, Uqanda rəhbərliyi Azərbaycanın bu ölkəyə investisiya yatırmasında maraqlıdır.

Diplomat deyib ki, Uqanda Afrika qitəsində turizm sahəsində ölkəmizin təmsil olunması işinə töhfə verməyə hazırdır.

RƏYLƏR