Prezident İlham Əliyev Yasamal rayonuna yeni icra başçısı təyin edib

OXUNUB: 688 index-manşet SİYASƏT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ə.İ.Əzizovun Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin 2-ci hissəsini rəhbər tutaraq qərara alıram:

Əziz İmran oğlu Əzizov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilsin".

İcmal.Az

RƏYLƏR