Prezident İlham Əliyevin BBC-yə müsahibəsinə 3 milyondan çox baxış beynəlxalq diqqətin əyani təzahürüdür - Deputat

OXUNUB: 567 SİYASƏT

Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin müharibə zamanı BBC-yə verdiyi müsahibəyə baxış sayı 3 milyonu ötüb. Bu, ölkə rəhbərinin şəxsinə, çıxışlarına, fikirlərinə həm də beynəlxalq səviyyədə olan diqqətin əyani təzahürüdür.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

O qeyd edib ki, indiyə qədər Azərbaycan tərəfdən heç bir müsahibə, açıqlama, nitq, video, çıxış xarici mediada bu qədər izlənilməyib: "İndi isə, artıq izlənilir. Cənab Prezidentin sayəsində. Yəni, məlum faktın özü yetərincə böyük göstəricidir və bu, bir daha təkrar edirəm: İlham Əliyev personasına olan diqqətin nümunəsi, sübutudur.

Əslində, müharibə dövründə də bizi qələbələrə aparan əsas faktorlardan biri möhtərəm Prezidentin informasiya cəbhəsindəki uğurlu gedişləri, onun sərrast fikirləri və mükəmməl diplomatiyası idi. Üstəlik, bütün proseslər, bütün uğurlar bir-birinə sistemli şəkildə bağlı olduğuna görə nəticəyə varıldı. Eyni zamanda, xüsusi vurğu ilə qeyd etmək lazımdır ki, bu, həm də qloballaşan dünya üçün yeni presidentdir və ona görə də diqqətəlayiqdir.

Son olaraq bir məqamı da deyim. Cənab Prezidentin bütün açıqlama və müsahibələrinin ardından verilən, yazılan şərhlər də göstərir ki, hər kəs regiondakı prosesləri xüsusi həssaslıqla izləyir. Həmin şərhlər demək olar ki, bütövlükdə pozitivdir, müsbətdir. Bu isə Azərbaycana və onun Liderinə olan xoş münasibətin növbəti göstəricisidir”.

İcmal.Az

RƏYLƏR