Prezident Ukraynaya səfər edəcək

OXUNUB: 864 index-manşet SİYASƏT

Azərbaycan prezidenti İlham Əliyev yaxın zamanda Ukraynaya səfər edəcək.

İcmal.Az xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev "Ukrinform” verdiyi müsahibədə bildirib.

"2016-cı ildə Ukrayna prezidenti Pyotr Poroşenko geniş rəsmi nümayəndə heyəti ilə Azərbaycanda rəsmi səfərdə olub. Səfər çərçivəsində hazırda gerçəkləşdirilməsi ilə məşğul olduğumuz çox önəmli razılaşmalar əldə olunub. Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycan prezidenti İlham Əliyevin də Ukraynaya cavab səfəri olacaq. Bu səfər bizim münasibətlərin inkişafı və möhkəmlənməsinə böyük stimul verə bilər”, - deyə Xudiyev bildirib.

Onun sözlərinə görə, prioritet istiqamətlər artıq müəyyənləşib, səfər zamanı tərəflərin sənədlərdən ibarət paketi imzalaması planlaşdırılır.

"Hal-hazırda biz ikitərəfli münasibətlərin inkişafı və möhkəmlənməsi istiqamətində fəaliyyətimizi müəyyənləşdirəcək müvafiq sənədlərin tərtibatı ilə məşğuluq”, – deyə səfir bildirib.

İcmal.Az

RƏYLƏR