Prezidentdən icra başçısı ilə bağlı SƏRƏNCAM

OXUNUB: 1031 index-manşet GÜNDƏM SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyev Alı Qocayevin 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Alı İbrahim oğlu Qocayev 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, Alı Qocayev Samux rayonunun icra başçısıdır.

 

 

İcmal.Az

RƏYLƏR