Prezidentin siyasəti dünya dövlətləri və onların liderləri tərəfindən yüksək qiymətləndirilir

OXUNUB: 811 SİYASƏT
"Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının növbəti ildönümü ərəfəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev dünyanın bir çox ölkələrindən, bir çox liderlərindən təbrik məktubları almaqdadır.”

Bu sözləri Milli Məclisin deputatı Ramil Həsən "İki sahil”ə açıqlamasında deyib.

R.Həsən bildirib ki, cənab Prezidentin hakimiyyətə gəldiyi gündən bu günə kimi, xüsusilə də son dövrdə Qarabağ müharibəsinin uğurla başa çatdırılması ilə Zəfər salnaməmizin bilavasitə banisi olması, müasir hərb tarixinə öz adını qızıl hərflərlə yazdıran bir lider olması, ən əsası da qlobal mənada beynəlxalq münasibətlər sistemində  birləşdirici və xoşniyyətli bir lider kimi fəaliyyət göstərməsi şübhəsiz ki,  dünya dövlətləri və onların liderləri tərəfindən də yüksək qiymətləndirilir.

Deputat qeyd edib ki, Azərbaycan Prezidenti ölkəmizin güclü və qüdrətli imicinin formalaşdırılması və daha da irəliyə doğru aparılmasında müstəsna rol oynayan xüsusi bir liderdir.

R.Həsənin sözlərinə görə, Azərbaycan Prezidentinin beynəlxalq  münasibətlər sistemində güclü bir şəxsiyyət olması, Türk Şurası, Qoşulmama Hərəkatı, BMT və bir çox beynəlxalq arenada söz sahibi olan beynəlxalq təşkilatlardakı xüsusi liderlik rolu hər gün daha da güclənməkdədir.

Həmsöhbətimiz bildirib ki, Azərbaycan Prezidentinin açıq və heç bir maneəyə imkan tanımadan media ilə ünsiyyət qurması, həm Qarabağ müharibəsi dövründə, həm də indiki mərhələdə yerli və xarici media nümayəndələri ilə ünsiyyətə birbaşa açıqlığa, səmimiliyə və şəffalığa üstünlük verməsi, bilavasitə jurnalistlərə ölkəmizin mövqe və maraqlarını, milli mənafeyinin strateji nöqtələrini açıq və aydın şəkildə ifadə etməsi, onları tam şəkildə qoruması da onun xüsusi liderlik keyfiyyətlərindən biri kimi xarakterizə edilməlidir: 

"Şübhəsiz ki, bütün bu proseslərə baxdığımız zaman humanitar və iqtisadi layihələrin həyata keçirilməsi, ən yaxın gələcəkdə Zəngəzur dəhlizinin reallaşdırılması Azərbaycan Prezidentinin bilavasitə liderliyi sayəsində başa çatmış olan Qarabağ müharibəsinin uğurlu nəticəsi kimi dünya tarixinə düşəcək.”

Millət vəkili qeyd edib ki, iqtisadi və siyasi layihələrin regionda sabitlik və sülhə təminat gətirməsi, strateji münasibətlərin günü-gündın güclənməsi, bölgədəki bütün ölkələrin normal sülh şəraitini yaşaya bilməsi üçün Azərbaycan Prezidentinin xüsusi səyləri təqdirəlayiqdir və dünya dövlətləri tərəfindən böyük alqışlarla qarşılanır: "Azərbaycan Prezidenti, şübhəsiz, eyni zamanda, qardaş Türk dövlətlərinin birlik və bərabərliyi, iqtisadi, siyasi münasibətlərinin möhkəmləndirilməsi istiqamətində də xüsusi rol oynamaqda və Türk Şurasının fəaliyyəti bilvasitə Azərbaycan Prezidenti və onun dəyərli qardaşı Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın birlik və həmrəyliyi çərçivəsində hər gün daha da güclənməkdə və qüvvətlənməkdədir.”

RƏYLƏR