Prezidentin təyin etdiyi yeni icra başçısı kimdir? - FOTO

OXUNUB: 819 index-manşet SİYASƏT
Xəbər verdiyimiz kimi, bu gün Əziz İmran oğlu Əzizov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Ə.Əzizov 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunda anadan olub.

M.Əzizbəyov adına Neft və Kimya Akademiyasının mühəndis ixtisası üzrə bitirib. Ə.Əzizov İndiyədək müxtəlif vəzifələrdə işləyib.

1985-1986-cı illərdə Tramvay parkında xətt sahəsi əmiri ustası, 1986-1987-ci illərdə Tramvay parkında vaqon bölməsində usta, 1987-1989-cu illərdə Tramvay parkında yol təhlükəsizliyi müfəttişi, 1989-1990-cı illərdə Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi, 1990-1992-ci illərdə Tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsinin icra edən, 1992-1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi, 1993-1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifələrində çalışıb.

Ə.Əzizov 1996-2006-cı illərdə sahibkarlıq fəaliyyəti məşğul olub. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.

Qeyd edək ki, Ə.Əzizov 2006-cı ildən bu günədək Cəlilabad rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib./big

İcmal.Az

Prezidentin təyin etdiyi yeni icra başçısı kimdir? - FOTO

RƏYLƏR