Putin Qırmızı meydanda futbol oynadı - VİDEO

OXUNUB: 559 DÜNYA

Rusiya prezidenti Vladimir Putin futbol üzrə dünya çempionatının ölkədə keçirilməsi ilə bağlı Qırmızı meydanda qurulmuş futbol meydançasına baş çəkib. 

İcmal.Az xəbər verir ki, Putin FİFA prezidenti Canni İnfantinonun ötürməsindən sonra topu qapıya vurub.

Ancaq qapıçı topun qapıya girməsinə imkan verməyib.

Qırmızı meydanda rusiyalı lideri braziliyalı Ronaldo, ispan Karles Puyol, alman Lotar Matteus, eləcə də Aleksey Smertin və Dmitri Bulıkin kimi ulduz futbolçularla görüşüb. 

Video "LIFE SHOT” Telegram kanalında yayımlanıb. 

İcmal.Az

RƏYLƏR