Putin və Ərdoğanın ABŞ əleyhinə İTTİFAQI – Kremlin ideoloqu hər şeyi AÇIQLADI

OXUNUB: 732 SİYASƏT

"Böyük Yaxın Şərq layihəsi iflasa uğrayan ABŞ-ın əlində yalnız kürd kartı qalıb”.

Bunu "Beynəlxalq Avrasiya hərəkatı”nın rəhbəri, politoloq, Kremlin ideoloqu hesab edilən Aleksandr Duqin Türkiyənin "Aydınlıq” qəzetinə müsahibəsində deyib.

ABŞ Suriyadakı məğlub vəziyyyətinə düşdüyünü deyən Duqinin sözlərinə görə, Vaşinqton Avrasiya ölkələrinin birliyini poza biləcək təxribatlara əl ata bilər.

"ABŞ Yaxın Şərqin strateji sahəsini bölgədəki bütün alətlərindən istifadə edərək qurmağa çalışdı. Bunu edərkən bir kürd dövlətinin də yaradılması planlaşdırdı. Kürdlər bu plan çərçivəsində vasitələrdən yalnız biri idi və əslində Ərdoğan ilə Türkiyə də ABŞ-ın tərəfində idi. Lakin, zaman keçdikcə, Amerika Yaxın Şərq layihəsinin həyata keçirilməsi prosesində alətlərini itirməyə başladı. Bu gün tamamilə yeni bir vizionumuz var. Rusiyanın Afrin əməliyyatına razılıq verməsi əslində Rusiyanın avrasiyaçılıq geosiyasətinə söykənir. Bu əməliyyatla kürdləri hədəf alınmır, Amerikanın bölgədəki planları hədəf alınır. Türkiyə və Rusiya Suriyanın şimalında Amerikanın varlığına qarşı birgə hərəkət etmə mövzusunda razılaşma əldə edib. Əsas məqsəd budur”, - rusiyalı politoloq bildirib.

Duqinin sözlərinə görə, kürdlər öz mövqeyini yenidən qiymətləndirməyə başlasalar da, bu, onlar üçün artıq çox gecdir:

"Türkiyə PKK-nı bir terrorçu təşkilat olaraq görür və bu, Türkiyə üçün bir milli təhlükəsizlik məsələsidir. Rusiya isə regionda Amerikanın hərbi mövcudluğundan narahatdır. Başqa sözlə, Türkiyə və Rusiyanın maraqları üst-üstə düşür. Buna görə də ruslar türklərin Afrinə girməsinə icazə verdilər və bu vəziyyətdən razı olmayan suriyalıları sakitləşdirdilər”.

Politoloq hesab edir ki, indi Türkiyə baxımından ABŞ ilə strateji ittifaqı pozmanın zamanıdır:

"Çünki, bu bir ziddiyyətdir. NATO-nun bir hissəsi olduğu halda onlarla döyüşə bilməzsiniz. ABŞ Münbicə görə Türkiyə ilə qarşıdurmaya girməyəcək. ABŞ-ın hərbi bazasının İncirlikdəki mövcudluğu gündəmə gəlməlidir. NATO-nu tərk etmək perspektivi qaçılmazdır. Rusiya belə bir qərarı dəstəkləyəcək və Türkiyənin strateji ortağı olacaq. Mən Amerika və Türkiyə qoşunları arasında birbaşa qarşıdurmanın olacağını düşünmürəm. Amma bundan sonra Amerikanın ciddi addımlar atacağını düşünürəm. Artıq Türkiyə üçün NATO-dan çıxmaq məsələsi gündəmə gələcəkdir və bunun baş verməsi qaçılmazdır. Son bir neçə gün ərzində geri dönüşü olmayan addımlar atıldı. Amerikanın reaksiyası çox tez olacaq. Müharibə olacağını düşünmürəm, amma çox ciddi bir addım olacaq. Çox dramatik vəziyyətlə üzləşməyə hazır olmalıyıq. Hər yolla Rusiya, Türkiyə, İran və Suriya arasındakı ittifaqı pozmağa çalışacaqlar. Amerikalılar yüksələn geosiyasi üçbucağı - Avrasiya üçbucağını - Rusiya, Türkiyə, İran üçbucağını qəti şəkildə yox etməyə çalışacaq. Bölgədəki mühüm geosiyasi güc rolunu itiriblər. Amma meydanda Türkiyə, Rusiya və Suriya qoşunları koordinasiya şəklində mövcud olarsa və diplomatik ünsiyyət kəsilmədən davam etdirilərsə, bu oyunu poza bilərik. Baş verənlər bölgənin geosiyasi və siyasi tarixində çox dramatik anlardır”./publika

İcmal.Az

RƏYLƏR