Qadının evini qarət edib dollarlarını apardılar

OXUNUB: 646 HADİSƏ
Hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb.

İcmal.Az-ın xəbərinə görə, naməlum oğrular Fidan Aslanzadənin mənzilinə pəncərədən daxil olmaqla 300 manat pul və 1200 ABŞ dollarını aparıblar.

Bu barədə polisə zərərəçəkən özü məlumat verib. Belə ki, axşam evə gələn qadın pəncərənin açıq olduğunu görüb və şübhələnməyə başlayıb. Sonra isə pulların yerini yoxlayanda onların oğurlandığını bilib. 

Faktla əlaqədar Xəzər RPİ-nin 1-ci polis bölməsində təhqiqat araşdırmalarına başlanılıb, zərərçəkənin izahatı alınıb. Oğurluq olan mənzildən əl-barmaq izlərinin nümunələri götürülüb.
 
İcmal.Az

RƏYLƏR