Qafqazın elektroenergetika mərkəzi kimi Mingəçevir şəhərinin yeni dövrü başlayır – TƏHLIL

OXUNUB: 1189 index-manşet İQTİSADİYYAT TƏHLİL

13 fevral 2013-cü il tarixdə ölkəmizin iqtisadi həyatında mühüm ahadisə baş verdi. Bakıda, "Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi. Təməlqoyma mərasimində Azərbaycanın Avropada ən etibarlı və ən böyük tərəfdaşı- İtalyanın Şirkətlər və "Madi in İtaly” naziri Adolfo Urso iştirak edirdi. Bu mühüm haisədən söz açmamışdan öncə tarixə ekskur etmək zərurəti yarandı.

Azərbaycanın son 70-80 illik dövründə, Mingəçevirin tarixində miqyasına görə üç mühüm hadisə olmuşdur-Mingəçevir Su Elektrik Stansiyasının tikintisi, Azərbaycan İstilik Elektrik Stansiyasının (ilk vaxtlar Azərbaycan Rayon Elektrik Stansiyası adlanırdı) tikintisi və indiki yeni İstilik Elektrik Stansiyasının təməlinin qoyulması. Bu stansiyalar generasiya gücü etibarı ilə biri birindən fərqlənsələr də mahiyyət və miqyas etibarı ilə təxminən eyni məna kəsb edirlər...

İkinci Dühya Müharibəsindən yenicə şıxmış o zamankı SSRİ hökümətinin iqtisadiyyatını bərpa etmək üçün elektrik enerjisinə və Azərbaycanın ucsuz-bucaqsız susuz çöllərini bərəkətli əkin sahələrinə çevirmək üçün suvarma kanallarına ciddi ehtiyac var idi. O zamanki hökumət cilvosuz, yüyənsi ata bənzəyən və şahə qalxanda insanların ram edə bilmədiyi Dıli Kür üzərində bənd tikməyə qərar verdi. Mingəçevir SES-in tikinti rəhbərlərindən biri olmuş görkəmli dövlət xadimi Kamran Hüseynov xatirələrində yazır: ”16 İyun 1945-ci ildə Stalin Mingəçevir hidrotexniki qovşağın tikintisi barəd tədbirləri planını təsdiq etdi. İyul ayında M.C. Bağırov MK –nın geniş iclasında bu qərarı elan edəndə sevinc göz yaşlarını gizlədə bilməmişdi”. Elə həmin ilin iyun ayında Mingəçevirin ilk qurucuları ilan mələyən boz çöllərə ayaq basdı. Azərbaycanın hər yerindən insanlar axın-axın bu nəhəng tikintidə işləməyə gəlirdilər. Keçmiş SSRi nin hər yerindən bu vacib obyektə mütəxəssislər göndərilirdi. Bəndin tikintisində həmçinin 10 mindən çox alman hərbi əsirləri də cəlb olunmuşdu. Ümumiyyətlə bu həhəng hidoqovşağın tikintisinə 45 min işçi qüvvəsi çalışırdı. Tikintiyə rəhbərlik əfsanəvi inşaatçı və təşkilatçı İslam İslamzadəyə həvalə edilmiş, ona SES-in tikintisi prosesində ortaya çıxan problemləri opertaiv həll etmək məqsədilə həm də Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini kimin böyük səlahiyyətlər verilmişdi. Gərgin və böyük zəhmət hesabına başa gələn bu unikal obyektdə 1953 -cü ildə ilk hidroaqreqat istismara verildi. 1954-cü ildən isə stansiya tam gücü ilə işə başladı.

 

 

Mingəşevir su elektrik stansiyası SSRİ məkanının ilk, ən böyük su elektrik stansiyası olmuşdur. Bu günkü Mingəçevir şəhəri su elektrik stansiyasının tikilməsiylə əlaqədar olaraq qurulub və 1948-ci il noyabrın 11-də şəhər statusu alıb. 1957-ci ildə az güclü Varvara SES işə düşdükdən sonra ikisi birlikdə "Mingəçevir SES silsiləsi" adlanır. 6 hidroaqreqata malik olan Mingəçevir SES-in müəyyən olunmuş gücü 420 MVt, orta illik elektrik enerjisi istehsalı 1,4 milyard kVts-dır. Qovşağın ən əsas orijinal hissəsi yüksək təzyiqli torpaq bəndi Avropada yuyulma üsulu ilə tikilmiş ən nəhəng (hündürlüyü 80 m) bənddir.Bu bənd, işlənən materialların həcminə görə, həm də dünyada çınqıl-qumdan tökülmüş yeganə bənddir. Mingəçevir su anbarı 1953–1959-cu illərdə doldurulmuşdur, su tutumu 16 milyard m³-dir. Dəryaçanın uzunluğu 70 km, eni 13–18 km-dir. Su anbarının tikilməsi və iki kanalın- Yxarı Qarabağ və Şirvan kanallarının çəkilməsi ölkədə 970 min hektar sahəni suvarmağa imkan yaratmış, 200 min hektar sahənin su altında qalmaq təhlükəsini aradan qaldırmışdır. Mingəçevir su anbarının tikintisi, insan əməyinin yaratdığı xarüqələr barədə əsrlər yardılmış, filmlər çəkilmişdir. Xalq Şairi Səməd Vurğun dəfələrlə tikintidə olmuş və özünün məşhur "Muğan” poemasını Mingəçevirin qurucularına həsr etmişdir.


1971-ci ildə görkəmli dölət xadimi Heydər Əliyev Azərbaycanda rəhbər vəzifəyə təyin olunana qədər respublikamız küçmiş ittifaq respublikaları arasında ən geridə qalan aqrar respublikalardan biri idi. Özünün böyük potensialına, zəngin neft və qaz, digər faydalı qazıntı yataqlarına malik olan Azərbaycanda demək olar sənaye sahələri yox idi. Heydər Əliyevin gəlişi ilə ölkənin həyatında yeni bir dövr başlayır. Əsilndə respublikanın iqtisadi, sosial, mədəni, təhsil və səhiyyə, ümumiyyətlə bütün həyatı yenidən qurulurdu. Lakin bütün bu işləri görmək üçün digər vasitələrlə yanaşı, həm də güçlü elektroenergetika bazası lazım idi. O illərdə respublikada barmaqla sayılan elektrik stansiyaları ölkənin elektrik enerjisinə təlbatını ödəyə bilmirdi. Ölkə keçmiş SSRİ-nin ümumi energetika sisteminə qoşulsa da, özünün energetika bazasına ciddi ehtiyacı var idi. Bunsuz sənayeləşmə mümkün deyildi.

Yenicə rəhbər vəzifəyə təyin edilmiş görkəmli dövlət xadimi Heydər Əliyev çıxış yolunu yeni elektrik stansiyalarının tiklməsində görürdü.

1974-cü ildə İstər ölkə energetiklərinin, istərsə də Mingəçevir şəhərinin həyatında miqyasına görə ikinci əlamətdar hadisə baş verdi. Ümumilli liderimiz, o vaxtlar Azərbaycan KP Mk-nın birinci katibi vəzifəsində işləyən Heydər Əliyevin bir başa təşəbbüsü ilə Mingəcevir şəhərində, Kürün sağ sahilində, Boz Dağın ətəyində, Yuxarı Qarabağ kanalının 150-200 metrliyində (stansiyanın soyutma sistemi üçün vacib amil kimi) Cənubu Qafqazın ən böyük- gücü 2400 meqavat olan elektrik stansiyasının təməli qoyuldu. Ümummilli liderimiz tərəfindən tikintiyə rəhbərlik bacarıqlı təşkilatçı və təcrübəli inşaatçı-energetiklər Süleyman Lətifov və Rəsul Həmidova həvalə edilmişdi. Tikintidə ortaya çıxan məsələləri operativ həll etmək məqsədilə Qərargah yaradılmış, Qərargaha rəhbərlik isə Şəhər XDS İcraiyyə Komitəsinin sədri Vəli Hüseynov və Şəhər Partiya Komitəsinin ikinci katibi Ramiz Ağayevə həvalə edilmişdi. Stansiyanın Tikintisi böyük bir ərazini əhatə edir, şəhərin sağ sahili nəhəng bir tikinti meydanına çevrilmişdi. Obyektdə tikintinin müxtəlif tikinti -quraşdlrma, tənzimləmə, avtomatlaşdırma və digər mürəkkəb işləri həyata keçirmək üçün keçmiş İttifaq tabeli nazirlik və baş idarələrin onlarca müxtəlf profilli müəssisələri və filialları təşkil edilmşdi. Bu, xüsusilə mühüm və nəhəng müəssisə şəxsən ölkə rəhbəri Heydər Əliyevin nəzarətində idi və tikintinin gedişi barədə ona qərarah tərəfindən mütəmadi olaraq məlumatlar verilirdi. Tikinti "Atalar Mingəçevir SES-i tikmişlər, oğullar Mingəçevir DRES-i tikir” devizi altında aparılırdı. Stansiyanın tikintisi ilə paralel olaraq onun yaxınlığında bütün sosial obyektlərlə birlikdə, 10 min əhalinin yaşayacağı energetiklər qəsəbəsi də inşa edilirdi.

Hər biri 300 meqavat gücə malik, 8 enerji blokundan ibarət olacaq stansiyanın birinci bloku 1981-ci il oktyabrın 20 də hazır oldu. Enerji blokunun istismara verilməsi Azərbaycanın, eləcə də Mingəçevirin həyatında ikinci böyük hadisə idi. Açılış mərasimi ümumxalq bayramına çevrilmişdi. Mərasimdə Azərbaycan xalqının böyük oğlu HeydərƏliyev iştirak edirdi. Əlamətdardır ki, bu tarix Azərbaycan Respublikasının Prezidentinin 2004-cü il 13 oktyabr tarixli 446 saylı Sərəncamına əsasən, hər il "Energetiklər Günü” kimi qeyd edilir. Mərasimindən sonra, həmin gün Mingəçevir Dram Teatrının salonunda şəhərin partiya-təsərrüfat fəallarının yığıncağı keçirildi. Yığıncaqda Heydər Əliyev geniş nitq söylədi. Şəhərin keçmişindən, indisindən və gələcək inkişafından danışdı. Görkəmli dövlət xadimi Heydər Əliyevin Mingəçevirə bu səfəri və səfər zamanı etdiyi çıxışlar mingəçevirlilərin yaddaşında dərin izlər buraxmışdı. Sonralar, 1998-ci ildə ikinci dəfə artıq müstəqil Azərbaycana rəhbərlik etdiyi dönəmdə Mingəçevirə növbəti səfəri zamanı Ulu öndərimiz deyəcəkdi:

"Mingəçevirin tikilməsində,qurulmasında, inkişaf etməsində vaxtilə mən çox əziyyət çəkmişəm. İndi mən buraya gəlib, bu hündür binaları, gözəl küçələri, gözəl meydanları, gözəl yaşıllıqları görəndə sevunurəm. Çünki 30 il bundan öncə mən Azərbaycanda rəhbərliyə başlayarkən, biz Azərbaycanın hər bir yerində quruculuq işləri aparırdıq. Ancaq Mingəçevir gənc şəhər olduğuna görə, energetiklər şəhəri olduğuna görə buraya xüsusi fikir verirdik.”

Sonrakı, 1982-1990-cı illərdə təxminən ildə bir enerji bloku olmaqla 7 blok istifadəyə verildi və enerji bloklarının sayı ilkin layihədə olduğu kimi, hər birinin gücü 300 meqavat olmaqla 8-ə çatdı. Hər bir enerji blokunun istismara verilməsi olkə həyatı üçün mühüm hadisəyə çevrilirdi. Ulu öndərimiz Mingəçevir İES-dən söhbət salarkən demişdi: "Mingəçevir İstilik Elektrik Stansiyasının hər enerji bloku bir nəhəng zavoddur.”

Azərbaycan Prezidenti İlham Əliyev fevral ayının 13-də Yeni İstilik Elektrik Stansiyasının açılış mərasimində demişdir: "Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən ağır illərində, ilk illərdə Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin. Halbuki o vaxt Bakıda və Azərbaycanın müxtəlif yerlərində yaşamış insanlar yaxşı xatırlayırlar ki, o dövrdə hətta elektrik enerjisi kəsilirdi, kəsir var idi, özümüzü təmin edə bilmirdik. Amma buna baxmayaraq, əsas yükü o zaman məhz Mingəçevir Elektrik Stansiyası öz üzərinə götürmüşdür.

Təbii ki, illər keçdikcə istənilən infrastruktur köhnəlir, o cümlədən Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prioritet məsələlərdən biri idi və mənim göstərişimlə 2018-ci ildə stansiyanın tamamilə yenidən qurulması prosesi başlamışdır. Qısa müddət ərzində - artıq iki ildə 8 blok tamamilə yenidən qurulmuş və istifadəyə verilmişdir. Beləliklə, 2020-ci ildə stansiya, necə deyərlər, öz əzəli gücü ilə yenidən işləməyə başlamış və 2400 meqavat generasiya gücünə malik olmuşdur”.

İlkin dövrlərdə paralel olaraq həm təbii qaz, həm də mazutla , indi isə ancaq təbii qazla işləyən stansiyada hər birini hündürlüy 320 metrdən yüksək olan iki tüstü bacası inşa edilmişdir.

Müstəqilliyimizin ilk illəri bir daha sübut etdi ki, Ulu öndərimiz Heydər Əliyev bu həhəng stansiyanın tikintisinə nail olmaqla nə qədər müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir. Bu stansiyanın fəaliyyəti sayəsində, Respublikamız, xüsusilə müstəqilliyimizin ilk illərində ölkəmizin enerji müstəqilliyini və enerji təhlükəsizliyini təmin edə bildi. Qeyd etmək zəruridir ki, həmin illərdə ölkədə istehsal olunan bütün elektrik enerjisinin 60 faizdən çoxu Mingəçevirin enerjiistehsalı müəssisələrinin payına düşürdü. Azərbaycan İES-in işə düşməsiilə Mingəçevir şəhəri nəinki, Azərbaycanın, eləcə də Cənubi Qafqazın enerji mərkəzinə çevrildi. Təsadüfi deyil ki, indi Mingəçeviri respublikamızın Energetika paytaxtı adlandırırlar və burada güclü elektroenegetika infrastrukturu yaradılmışdır. Mingəçevirin ölkənin coğrafı mərkəzində yerləməsi onun mahiyyətini daha da artırmış olur. Mingəçevirdən çıxan müxtəlif güclü elektrik verilişi xətləri elektrik enerjisini ölkəmizin şərq-qərb və şimal cənub sərhədləri ilə eyni məsafəyə çatdırır. Bu faktorlar elektrik enerjisinin xaricə ixracında da mühüm rol oynayır.

Şəhərdə iki unikaıl enerji istehsalı müəssisəsinin yaradılması fonunda Mingəçevir şəhəri yaranmış və istər əhalisinin sayına, istər səınaye məhsulunun həcminə, istər iqtisadiyyatın digər sahələrinin inkişafına, istərsə də mədəni inkişafına görə Mingəçevir respublikamızın 4-cü sənaye və mədəniyyət mərkəzinə çevrilmişdir. Ümumilli liderimiz Heydər Əliyevin dediyi kimi: "Mİngəçevir təkcə energetiklərin, kimyaçıların və toxucuların deyil, bütün Azərbaycanın gözəl şəhəridir”. Bu illər ərzində Mingəçevir şəhərində həm də elektroenerhgetika sahəsində güclü milli kadr potensialı yaradılıb. Mingəçevirdə yetişmiş və püxtələşmiş elektriklər, sazlayıcılar, mühəndislər bu gün ölkənin hər yerində uğurla fəaliyyət göstərirlər. Mingəçevir Dövlət Universiteti əsasən ölkənin enerji təsərrüfatları üçün müxtəlif ixtisaslar üzrə kadr hazırlamaqla məşğul olur. Elektroenergetika sənayesinin inkişafı şəhərdə digər sənaye sahələrinin yaradılmasına da stimul vermişdir. Mingəçevir şəhəri üçün ənənəvi sahələr artıq yenidən inkişaf etməyə başlamışdır. Bu kontekstdə 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə yaradılmış Mingəçevir Sənaye Parkını xüsusilə qeyr etmək lazımdır. Yüngül sənaye məhsullarının istehsalı ilə məşğu olan bu sənaye parkı, ölkə əhalisinin tələbatını ödəməklə yanaşı, ixrac yönümlü məhsulları da müvəffəqiyyətlə istehsal və ixrac edir. Yaxın perspektivdə şəhərdə yeni bir sənay parkının yaradılması nəzərdə tutulur.

13 fevral 2023-cü il tarixndə Mingəçevirdə və ümumiyyətlə ölkə energetiklərinin tarixində sayca üçüncü mühüm tarixi hadisə baş verdi. Bakıda "Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi. Tarix təkrar olunur. Oğullar ataların yolunu davam etdirir. Əgər 1974-cü ildə Cənubi Qafqazın generasiya gücü 2400 Meqavat olan ən nəhəng istilik elektrik stansiyasının tikintisi barədə qərarı Ümummilli lideimiz Heydər Əliyev verərək onun birinci blokunun açılış mərasimində şəxsən iştirak etmişdisə, indi müstəqilik dövrümüzün gücü 1280 meqavat olan ən nəhəg isilik elektrik stansiyasının inşası barədə qərarı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev verərək onun təməlqoyma mərasimində iştirak edirdi. Açılış mərasimindəki nitqində Prezident İlham Əliyev demişdir: "Bu, çox əlamətdar hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Onsuz da Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir. Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdu”. Prezidentimiz çıxışınıa davam edərək demişdir:” İndi isə Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya əlbəttə ki, bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq”.

Stansiyanın tikimntisində başlıca əsas önəmli məsələlər ondan ibarətdir ki, İlk növbədə Mingəçevirdə güclü elektroenergetika infrastrukturu yaradılmışdır və həm stansiyanın tikintisi, həm də gələcəkdə istismarı üçün güclü kard potensialı mövcuddur.

Ümumi dəyəri təqribən 400 milyon dollara qədər olacaq stansiya respublikanın daxili resursları hesabına inşa ediləcək və tətbiq edilən səmərəlilik nəticəsində eyni gücə malik stansiyalrdan 3-4 dəfə ucuz başa gələcəkdir. Xərclərin 60 faizi Azərenerjinin öz vəsaiti, 40 faizi isə kredit hesabına ödənəcəkdir. Başqa sözə bu nəhəng obyektinin tikintisi üçün dövlət birbaşa investisiya qoymayacqdır.

Stansiyanın inşasında müasir texnologiyaların tətbiqi enerji istehsalı üçün işlədilən şərti yanacağın aşağı olmasına və beləliklə həm yanacaq kimi işlədilən təbii qazın sərfiyyatına, həm də yanma prosesində emissiya olunan karbon qazının azalmasına şərait yaradacaqdır. Nəticədə istismar zamanı ildə 1 milyard kub metr təbii qaza qənaət ediləcək, ətraf mühitə atılan karbon qazının miqdarı 2 milyon ton azalacaqdır.


Sual oluna bilər. Bəs belə bir stansiyanın tikintisinə ehtiyac vardımı və bu stansiya Ölkəyə nə verəcəkdir? Və bəri başdan deyim ki, çox şey.

Qeyd etmək zəruridir ki, son illər Azərbaycanın itisadiyyatında sürətlə və dah çox inkişaf etmiş sahələrdən birielektroenergetika sahəsidir. Son 20 il ərzində Azərbaycanda ümumi generasiya gücü 3400 meqavat olan 34 elektrik stansiyası inşa edilmişdir. Əgər nəzərə alsaq ki, hazırda ölkənin enerji müəssisələrinin ümumu generasiya gücü 7200 meqavatdır, onda görərik ki, bu güclərin 3400 meqavatı son 20 ilin payına düşür. Məhz biz, son illər yeni yaradılmış generasiya güləri hesabına ölkənin elktrik enerjisinə tələbatını ödəmiş, enerji müstəqilliyimizi və enerji təhlükəsizliyimizi tam təmin etmişik. 2025-ci ildə Yeni stansiya istismara verildikdən sonra yalnız bu stansiya hesabına generasiya gücümüz təxminən 8700 meqavata catacaqdır.

Biz bura hazırdaişğaldan azad olmuş ərazilərdə, yaradılacaq 500 meqavat generasiya gücünü, tikilməkdə olan 470 meqavatlıq günəş və külək stansiyalarının və yaxın vaxtlarda tikintisinə başlanacaq 240 meqavatlıq stansiyanın gücünü də əlavə etsək 2025-ci ildə Azərbaycanda ümumi generasiya gücü təxminən 9700-10000 meqavat təşkil edəcəkdir ki, bu da kifayət qədər böyük rəqəmdir və qarşımızda geniş imkanlar açır.

"Hazırda xarici investorlarla imzalanmış sənədlər əsasında 25 qiqavata qədər günəş və külək elektrik enerjisi stansiyalarının inşası nəzərdə tutulur- böyük hissəsi Xəzər dənizində, bir neçəsi isə quru sahələrdə. Yəni, bu, doğrudan da çox böyük potensialdır və təkcə Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavata bərabərdir”. (Prezident Cənab İlham Əliyevin açılış mərasimindəki nitqindən)

Bütün bu sadaladıqlarım Azərbaycanı təkcə neft-qaz ölkəsi kimi deyil, həm də elektrik enerjisi, yaşıl enerji ölkəsi kim daha da cəlbedici edir.

Məlum olduğu ötən il, ötən il dekebrın 17-də Avropa İttifaqının himayəsi altında Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti ilə yaşıl enerjinin ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanmışdır. Bu Saziş yaşıl enerji dəhlizinin yaradılması istiqamətində atılan mühüm addımdır və Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm rol oynayacaqdır. Layihənin əhəmiyyətiniSazişin imzlanması mərasimində iştirak və çixiş edən Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen yüksək dəyərləndirmişdir: ”Deyə bilərəm ki, bu, çox iddialı bir layihədir. Bu layihə bizi həm rəqəmsal kommunikasiya, həm də enerji üçün Qara dənizin hər iki tərəfindən, həmçinin Xəzər dənizi regionu ilə bağlayacaq. Bərpa olunan enerji mənbələrindən elektrik enerjisini Rumıniya və Macarıstan ərazisindən Avropa İttifaqına gətirməklə bu layihə bizə təchizatın təhlükəsizliyini gücləndirməyə kömək edəcək”.

Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq aləmdə böyük etbar və nüfuz sahibidir. Azərbaycan Prezidentinin zözü və əməli üst-üstə düşür, "Sözümüz imzamız qədər” gücə malikdir. Qeyd etmək lazımdır ki, bu layihələr həm də bizə dost olan, bizimlə əməkdaşlıqda maraqlı olan xarici ölkələrdəki transmilli şirkətlərlə- tərəfdaşlarımızla birlikdə inşa edilir və bu amil ölkəmizin beynəlxalq təhlükəsizliyində mühüm faktora çevriləcəkdir.

Görülən işlər Azərbaycanın müstəqil dövlət kimi Avropa enerji bazarında söz sahibinə çevirir, ölkəyə bu və eləcə də digər sahələrə investisiyalrın qoyulmasına münbit şərait yaratmaqla, onun inestisiya cəlbediciliyini də artırmış olur, enerji təhlükəsizliyinin və enrji müstəqilliyinin, ümumuiiyətlə ölkənin təhlükəsizliyinin qarantlarından biri kimi çıxış edir.

Məlum olduğu kimi, Azərbaycan Prezidenti ölkənin müvafiq strukturları qarşısında qeyri-neft məhsullarının istehsalının və ixracının artırılması barədə mühüm vəzifələr qoymuşdur. Eyni zamanda biz həm də tədricən xammal ixrac edən ölkədən hazır məhsul ixrac edən ölkəyə çevrilirik. Ölkəmizdə elektrik enerjisinin istehsalının və ixracının artırılması bu məqsədə xidmət edir və ölkəyə böyük məbləğdə valyuta gətirəcəkdir.

Yenidən təməli qoyulan Mingəçevir İstilik Elektrik Stansiyası barədə fikirlərə qayıdaraq vurğulamaq istəyirəm ki, yeni stansiyanın təməlinin qoyulması əslində ölkənin dördüncü şəhəri olan Mingəçevirin inkişafında yeni bir dövrün təməlinin qoyulması anlamına gəlməlidir. İstər tikinti döründə, istərsə də istismarla bağlı burada yüzlərlə daimi iş yeri yaradılacaq. Mingəçevir Dövlət Universitetinə mütəxəssis hazılığı üçün əlavə sifarişlər veriləcək, İxtisaslı fəhlə və mütəxəssis kadrları hazırlayan yeni peşəyönümlü məktəblər açılacaq, mənzil tikintisi yeni vüsət alacaq, iqtisadiyyatın lolokomotivi sayılan tikinti sənayesi, tikinti sektoru yenidən canlanacaq, yeni-yeni sosial, ticarət və xidmət obyektləri yaradılacaq, əhalinin gəlirləri artacaq və rifah halı kökllü surətdə yaxşılaşacaqdır.

Bir cümlə ilə -Mingəçevirin yeni dörü başlayır.

 

Ramiz Göyüş

Müstəqil şərhçi, Dövlət qulluğu veteranı

7NEWS.az

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.11

 

 


RƏYLƏR