Qan köçürmə institutunda xəstələri belə incidirlər

OXUNUB: 1748 HADİSƏ

Qan köçürmə institutuna uzun illər siyasi xadim Kamran Hüseynovun qardaşı tibb elmləri doktoru, professor Gürşad Hüseynov rəhbərlik edib. Son beş il ərzində bir neçə direktorun fəaliyyəti ilə tanış olmuşam. Hər gələn direktor döşəməyə metlaq dişətdirir, işıq çəkdirir . Bir sözlə xırda təmir elətdirir. Bu xəstəxanada olan çarpayılar, stol və stullar, tibbi ləvazimatlar, aparat və cihazlar, özəl klinikalardan fərqli olaraq sovetdən qalmaqdır. Yeni əslən Qubadlıdan olan Gürşad Hüseynovdan qalmadır.
Hansıki dövlət hər bir tibb müəssisələrinə hər il kifayət qədər pul ayırır. Şəkildə gördüyünüz bu otaqda xəstələr üçün qan köçürürlər. Hər gün yüzlərlə talassemiyalı xəstələr bu xəstəxanada müalicə olunur, qan azlığı olan xəstələr donorların sayəsində həyata qayıdırlar. Qardaşım Niyaz da qan azlığından əziyyət çəkir. Dünən biz xəstəxanada olduq. Səhər saat 9 – dan növbə gözləyən və qan azlığından halı birtəhər olan Niyaza yaxınlaşıb : – Niyə bu qədər gözləyirsən? – dedim .
O isə bildirdi ki, bu darısqal otaqda üç çarpayı var, ikisi qırılıb, üç stol da qoyublar ki,kim istəsə ona oturulu vəziyyətdə qan vururlar. Növbəni gözləyin deyib mənimlə heç maraqlanmırlar.
Xəstələrin yiyələri isə tibb bacılarının , qəbulda oturanların xələtinin cibinə əl saldıqdan sonra növbələr mənə geç çatır, belə geçilir. Allah heç kəsi yiyəsiz etməsin.Şöbə müdirinə iradlarını bildirdim ki, hər həkim iki geniş otağı özəlləşdirib? Bəs bu xəstələr ara məsafəni beləmi saxlayırlar.Axi bu basabasda pandemiyaya şəraiti siz yaradırsınız.Şöbə müdiri isə dedi ki, keçən dəfə səninlə getdik baş həkimə də bildirdim. Mən neyləyim.
Direktor isə təzə təyin olunub. İki dəfə kabinetinə qalxsam da katibəsi bir dəfə bildirdi ki, direktor abxoddadir.Xəstələri yoxlayır. İkinci dəfə isə dedi ki,nazirlikdədir.İradlarımı çatdırmağı xahiş etdim .
Özümü təqdim edib bildirdim ki bu institutu Respublika qəzetində çox tərifləmişəm.
Direktora bir neçə təkliflər deyəcəyəm Təzə direktora həkimlər bəlkə də bu çatışmazlıqları bildimirlər?
Katibə dedi ki, mütləq sizinlə əlaqə saxlayacağıq – deyib məni də bir bəhanəylə yola saldı.
Amma başqa bir tibb bacısı sanki mənə ürəyi yanaraq dedi ; Mənim adım olmasın,Eldar həkim iki otaq zanit edib.Yoxlasalar nə qədər palata və kabinetlər boşdur . Baxış otağı isə saat 4 ə qədər boş idi.
Fikirləşdim ki, bəlkə həkimlər pul verib otaq alıblar? Onsuzda hər yerdə özəlləşmə gedir.
Bu qədər xəstələr otaq dərdindən niyə gözləsinlə?
. Bu boyda Qan köçürmə institutunda, (;indi adı olub hematologiya )! iki geniş otaq ayırmaq olmazmı? Nəhayət ki, bir otaqda müvəqqəti çarpayı ayırdılar. Həmin otaqda oturan şöbə mudiri cavan yaşlı həkim dilləndi. Burdan çıxın pasientimi qəbul edirəm , Burda olmaz .Nəhayət ki, digər boş otaqda yerləsdik.Həkimlər iki olan kimi şəbaş deyib evlərinə tələsirdilər.
Qan vurulmaq üçün şəkildə gördüyünüz dəmir asılqanı gətirdilər. Mətanət adlı tibb bacısı gülərək dedi , Bax indi qardaşına qan vuracağam..Niyaz isə mənə yavaşca dedi ki, bu tibb bacısı keçən dəfə də venamı deşik deşik etdi, sonra Tanya xanım gəlib düzəltdi. Tanya xanım isə beş nəfər xəstəyə qan köçürürdü. Vaxtı yox idi.
Mətanət xanım axırki damara düşdü. Və qan getməyə başladı. O dərhal otağı tərk edərək o biri xəstələrə baş çəkməyə getdi. Qan gedir, yenidən dayanırdı .İki dəfə tibb bacısını çağırdım ki, bu nə deməkdir, bu qan hara gedir?
Tibb bacısı gülərək : – Birinci dəfə deyilki? Narahat olma. Görürsən də bu asılqan sovetdən qalmaqdır,deyərək o birisini gətirib dedi kömək elə ey aşağı, dəyişək. Tibb bacısı Mətanət yenə xəstəni Allahın ümidinə buraxdı. 15-00 olsa da kalidorda şöbə müdirinin ləngərləyərək getdiyini görəndə dilləndim ki, bu tibb başçısı bəlkə iynəni damara sala bilməyib.. O da o biri tibb bacısına nəsə deyib evinə tərəf yollandı .Məcbur oldum əsəbləşməyə və tibb bacısı Tanya adlı xanımı çağırdım. Bir saatdan çox damarında iynə qalmış xəstə isə pərişan və həyəcanlı idi Tanyanı cağırın dedi. Sağ olsun Tanya xanım. Təcrübəli və savadlı tibb bacısı olan Tanya xanım xəstəyə baxarkən – ay zaraza- deyərək tez kəpənək deyilən iynəni xəstənin şişmiş damarından çıxartdı və dedi: Aptekdən bir kəpənək alın tez gətirin.Bizdə yoxdur.
Tələsik küçədə olan aptekdən yeni sistem üçün şlanq və sair alıb gətirdim Tanya xanım xəstənin şişmiş damarını bağladı və əlinin üzərindən yoxlayıb dərhal venanı tapdı və damara düşərək dedi: – Qorxmayın , əlinizi tərpətməyin deyərək asılqanı yuxarı qaldırdı. Qan xəstənin damarına yayıldıqca hiss edirdim ki, Niyazın yanında olmağımdan çox ürəklənmişdi .Nə yaxşı ki, gəlmişdim.Heç 20 dəqiqə keçmədi ki, qan tamam xəstəyə köçürüldü. Hansını bir saat idi ki, qan ilisib damarla ətin arasında fır bağlamişdı.
Tanya xanıma dönə- dönə təşəkkür etdim.
Hər kəs gərək öz sənətini bilməlidir, Tanya kimi tibb bacıları çox vaxt ali təhsil almış həkimlərdən çox bilir.
Fikirlşiirəm ki, bilməməzlikdən nə qədər xəstələrimizi bu tibb bacıları və naşı həkimlərimiz öldürür? Yaxşı yadımdadır. 1990- cı ildə qaynatami mərkəzi kəndci balinası adlandırılan 4 nömrəli xəstəxanada damarına sistem vurularkən tibb bacısının naşılığından öldürmədilərmi? Həkimlər dərhal yazdılar ki, ay şəkəri qalxıb, və ya insul keçirib, nə qədər etdik kömək edə bilmədik.
Odur ki hər bir həkim və tibb bacısı vicdanla işləsələr hər birimizin qəlbi də sevinər.
Pandemiya dövründə işləyənvicdanlı həkim və tibb işçilərinə sağ ol düşür. Həqiqətən də onlar özlərini riskə ataraq xəstələrə qulluq edir, müalicə edirlər
Dövlətimiz də onların əmək haqqını xeyli artırıb. Odur ki, hər bir tibb bacısı iynə ilə damara düşə bilmir. Bunun üçün savad , bilik,lazımdır..
Aidə adlı, Sara adlı, Tanya adlı tibb bacılarının qədrini bilməliyik.
Allahdan xəstələrimizə,şəfa, həkimlərimizə savad, tibb işçilərinə məsuliyyət və ləyaqət arzulayıram .
Onu da qeyd edim ki, xəstələri pula görə əməliyyat edən və ölümünə əvvəlcədən qol cəkdirməklə özlərini sığortalayan ağ xalatlı canilerin heç biri mühakimə olunmur..Nə üçün?




Rauf İlyasoğlu .
Həkəri qəzetinin baş redaktoru .

RƏYLƏR