“QAÇQINKOM” Rəsulzadə qəsəbəsində evləri yanan məcburi köçkünlərin kompensasiyasını vermir – ÖLKƏ RƏHBƏRLİYİNƏ MÜRACİƏT OLUNACAQ

OXUNUB: 3238 Özəl HADİSƏ SOSİAL

7NEWS.az xəbər verir ki, ötən il noyabrın 13-də Binəqədi rayonunun Məmməd Əmin Rəsulzadə qəsəbəsində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı sanatoriya binasında yanğın baş verdi. FHN-in məlumatına görə, ümumi sahəsi3600kvadratmetr olan binanın üçüncü mərtəbəsində otaqların və taxta arakəsmələrin132, dəhlizin168, dam örtüyünün isə20kvadratmetrlik hissəsi yandı.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Binəqədi rayonunun Məmməd Əmin Rəsulzadə qəsəbəsində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı sanatoriya binasında baş verənyanğınla bağlı rəsmi məlumat yaydı. Məlumatda bildirildi ki, yanğın nəticəsində46 məcburi köçkün ailəsinin müvəqqəti yaşayış sahəsi yararsız vəziyyətə düşüb.

Hadisə yerində olan sakinlərin köçürülməsi ilə bağlı işlərə nəzarət edən Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Təşkilat Nəzarət və Analitika şöbəsinin müdiri Namiq Kərimov bildirdi ki, binada məskunlaşmış 103 ailə yanvar ayından yeni mənzillərlə təmin olunacaq, dəymiş ziyan hesablanaraq kompensasiyaların verilməsinə başlanacaq.

Və nəhayət...

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi aprelin 12-də Binəqədi Rayon İcra Hakimiyyətinin akt zalında M.Ə.Rəsulzadə qəsəbəsi NQÇ-nin axşam sanatoriyasında məskunlaşmış məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə əlaqədar püşkatma keçirdi. Yanğında zərər çəkmiş ailələrə Kürdəxanı ərazisində evlər verildi. Məsələ burasındadır ki, məcburi köçkün ailələrinin böyük bir qismi yeni evlərinə köçə bilmirlər. Köçən ailələr isə yeni evdə, döşəmələrdə yatırlar. Kompensasiya verilmədiyinə görə heç bir məişət əşyası ala bilmirlər. Redaksiyamıza məcburi köçkün ailələrindən ünvanlanan müraciətdə qeyd olunur ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsionlara dəyər ziyanı hələ də ödəməyib: "Biz ilk növbədə Cənab Prezidentə təşəkkür edirik. Çünki ən çətin məqamda bizim yanımızda oldu, bizə dəstək oldu. Baş nazirin müavini Əli Əhmədov da bizlərlə görüşdü, bizə dəyən ziyanın tam qarşılanacağını,kartla ödəmələrin olacağını dedi. Ancaq biz yeni evlərimizə köçə bilmirik. Çünki Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsikompensasiyalarımızı vermir. Bizə ev boş verilib, axı yanan binada bizim mebellərimiz, əşyalarımız, bir sözlə hər şeyimiz yanıb. İndi quru 4 divar arasında biz necə yaşayaq? Biz bilirik ki, Cənab prezident və 1-ci Vitse Prezident Mehriban xanım bizim problemlərimizi tam həll olunması üçün tapşırıqlar verib. Niyə aidiyyatı qurumlar bizim həyatımızı çətinləşdirirlər. Hal-hazırda çıxılmaz vəziyyətdəyik. Ölkə rəhbərliyindən, aidiyyatı qurumlardan tez bir zamanda səsimizə səs vermələrini istəyirik. Biz öz evimizə köçmək, orada yaşamaq istəyirik. Sadəcə kompensasiyalarımızı ödəsinlər. Başqa heç nə istəmirik.”

Mövzunu diqqətdə saxlayacağıq.

7NEWS.az




RƏYLƏR