Qara dənizdə göyərtəsində Azərbaycan vətəndaşları olan gəmi qəzaya uğrayıb

OXUNUB: 735 HADİSƏ

Qara dənizdə, Krım yaxınlığında Moldovanın quru yük gəmisinin korpusu zədələnib.

Agentliyin mənbəyi Moldova bayrağı altında üzən "Berq" gəmisinin göyərtəsində 12 nəfərin olduğunu bildirib.

Ekipaj heyətinə Ukrayna və Azərbaycan vətəndaşları daxildir. Gəmi heyəti evakuasiya edilib, quru yük lövbərdədir, korpus yoxlanılır. Hadisənin başvermə səbəbləri dəqiqləşdirilir./report

 

İcmal.Az

RƏYLƏR