Qarabağ müharibəsi başlayarsa Rusiya kimin tərəfində olacaq? - MÖVQE

OXUNUB: 818 SİYASƏT
"Ermənistan cəmiyyəti bu gün qorxu içindədir”. 

Bunu BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirli deyib.

Qarabağ müharibəsi başlayarsa Rusiya kimin tərəfində olacaq? - MÖVQE

Deputat qeyd edib ki, erməni deputatlarında Azərbycanın hər gün güclənməsi ilə bağlı fikir formalaşır və bu onları ciddi narahat edir: "Bu gün Azərbaycan müasir silahlarla təchiz olunub. O silahları satan tərəflərin biri də Rusiyadır. Bundan əlavə Azərbaycan Rusiyadan yeni silahlar almağı planlaşdırır. Bunun üçün də danışıqlar aparır. Belə olduğu təqdirdə Azərbaycan öz torpaqlarını işğalda qalması ilə razılaşmayacaq. Bir gün müharibə labüd olacaq. Həmin müharibədə də Ermənistanı biabırçı məğlubiyyət gözləyir. Ermənilər özlərinin müdafiə qabiliyyəti ilə Azərbaycanın hərbi qüdrətini müqayisə edir. Bilirlər ki, çox böyük fərqlə uduza bilərlər. Görəndəki Azərbaycanın silahlandırılmasında və qüdrətlənməsində Rusiyanın çox böyük rolu var. Bu da ermənilərdə Rusiyaya olan etibarın azalmasına səbəb olur. Hətta Ermənistan prezidenti 2016-cı ilin aprelində Almanıyada səfərdə olan zaman Putindən şikayət edib”. 

Elman Nəsirli vurğulayıb ki, Azərbaycanla Türkiyə arasındakı strateji tərəfdaşlıq münasibətləri inkişaf etdikcə, Rusiya-Ermənistan arasındakı anlaşılmazlıqlar artıqca bu qənaətə gəlirlər ki, bu gələcəkdə müharibə baş verdiyi təqdirdə ciddi məğlubiyyətə səbəb ola bilər: "Rusiyaya da inanmırlar. Azərbaycan heç vaxt torpaqlarının işğal altında qalması ilə barışmayacaq. Cənab prezidentimiz hər zaman beynəlxalq tribunalarda, eləcə də BMT-nin 70-ci sessiyasında bildirmişdi ki, münaqişəni dinc yolla həll etmək istəyirik. Sülh yolla alınmasa müharibə variantı aktuallaşa bilər. Ermənistan cəmiyyəti də bilsin ki, Azərbaycan torpaqlarının işğalda qalması ilə heç vaxt barışmayacaq. Yaxşı olar ki, torpaqları dinc yolla geri qaytarsınlar. Əks halda müharibə variant aktuallaşa bilər. Aprel döyüşlərinə tap gətirməyən Ermənistan müharibə baş versə məğlubiyyətlə barışmalı olacaq. Bunu da erməni deputatları görür. Artıq dillərinə də gətirirlər. Gunahı özlərinin işğalında deyil Rusiya da, Türkiyədə görürlər. Əslində günahkar özləridir ki, bizim torpaqlarımızı işğal edib, özlərini blokadaya salıblar”. 

Qarabağ müharibəsi başlayarsa Rusiya kimin tərəfində olacaq? - MÖVQE

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə vurğulayıb ki, Ermənistanın davam edən işğalçı siyasəti regionda müharibə riskini gündəmdə saxlayır. Rəsmi İrəvan kompromislərə getməyincə, daima Azərbaycanın hərbi təzyiqləri ilə üzləşmək şəraitindədir: "Aprel hərbi eskalasiyası, göstərdi ki, Ermənistana istənilən an hərbi zərbə vurmaqla Rusiyanı müəyyən müddət neytral saxlamaq olar. Dörd günlük müharibədə Rusiyanın Ermənistanı müdafiə etməməsi erməni cəmiyyətində bu ölkəyə inamsızlıq və ümidsizlik yaradıb. Bir tərəfdən Türkiyənin uğurlu Afrin əməliyyatı, bu əməliyyata Rusiyanın dəstəyi Yerevanda çaşqınlığa səbəb oldu. Buna görə onlar bu qənaətə gəliblər ki, Türkiyə və Azərbaycan Ermənistana qarşı birgə hərbi əməliyyat keçirsə Rusiya bu ölkəni müdafiə etməyəcək. Hazırda şərait tam imkan verir ki, Azərbaycan öz silahlı qüvvələri ilə işğal olunmuş əraziləri azad etsin.Türkiyənin rolu onda ola bilər ki, üçüncü ölkə Ermənistan tərəfdən Azərbaycana qarşı hərbi əməliyyatlarda rəsmən iştirak etsin. Ermənistanda ümumi Türkiyə qorxusu var və Türkiyənin son aylarda uğurlu hərbi əməliyyatları, Ermənistanda eyni ssenarinin Qarabağda yaşanması kimi narahatlıqları yaşanır. Qarabağ müharibəsi kövrəkdi və istənilən vaxt alovlana bilər”.

Xatırladaq ki, Ermənistanın keçmiş deputatı Vahan Badasyan yerli mətbuata açıqlamasında Türkiyə Ermənsitana hücum edərsə Rusiyanın Ermənistana xəyanət edəcəyini bildirib.

İcmal.Az

RƏYLƏR