7NEWS.az xəbər verir ki, dünən (03.10.2024) Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan UEFA Avropa Liqasının Liqa mərhələsinin 2-ci turunda təmsilçimiz "Qarabağ” , İsveç təmsilçisi "Malmö”-yə 1-2 hesabıyla məğlub olub.
Qarşılaşmanın ilk dəqiqlərində matçda üstünlüyü ələ alan qonaqlar qapılarında qol (Juninyo 15-ci dəqiqədə) görsələr də rəqibindən üstün oynamağı bacarırdı. "Qarabağ”ın ən güclü silahlarından biri olan topa sahib olmada rəqib üstünlüyünü nümayiş etdirirdi. Elə məhz buna görə komandamızın üstünlüyü cəmi dörd dəqiqə sürdü. Etiraf etməliyik ki, rəqib təmsilçimizi əla analiz etmişdi. Topla geridən çoxsaylı ötürmələr, sağ və sol qanadlardan çoxsaylı hücumlar, kompakt müdafiə və s. Rəqib demək olar ki oyun ərzində səhv etmədi. Yeganə buraxılan qolu komandamızın futbolçusunun sprint sürətinə yazmaq lazımdır.
Təmsilçimizi məğlubiyyətə aparan səbəblərdən biri də sağ cinah müdafiəçilərinin ikisinin də (Marko Veşoviç və Mateus Silva) zədəli olması idi. Şübhə yoxdur ki, rəqib bunu bilib daha çox sol cinahdan hücumlar edirdi. Məhz birinci buraxılan qol sol cinahdan edilən hucumdan sonra reallaşdı.
Qurban Qurbanovun birinci turdakı rəqiblə oyunda (Tottenham - Qarabağ ) polşalı qapıçıya güvənməsi özünü doğrultmadığından bu oyunda Buntiç-ə güvənməsi hələ də komandada əsas qapıçı probleminin olduğunu ortaya qoyur.
"Qarabağ”ın Avropa səhnəsində ən böyük problemlərindən biri demək olar ki, standart vəziyyətlərdən yararlana bilməməsidir. Dünənki oyunda yeddi küncdən zərbə qazanan komandamız heç bir künc zərbəsindən sonra təhlükəli bir vəziyyət əldə edə bilmirdi. Halbuki, künc zərbələrindən sonra Avropa komandalarında qol vuran kifayət qədər futbolçular olur.
Amma ümidimizi itirə bilmərik, çünki hələ irəlidə bizi altı oyun gözləyir. O oyunların üçü Bakıda keçiriləcək. Rəqiblərin içirəsində kifayət qədər ciddiləri var ki, Qurban Qurbanovun üzərinə böyük yük düşür.