Qaradağda ata və oğulu avtomobil vurub

OXUNUB: 493 HADİSƏ

Bakının Qaradağ rayonunda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 1958-ci il təvəllüdlü İsgəndərov Ziyad Qərib oğlu və 2015-ci il təvəllüdlü oğlu Nihat İsgəndərov Müşviqabad qəsəbəsində yolu keçmək istəyən zaman onları minik avtomobili vurub.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt Qaradağ Rayon Polis İdarəsində araşdırılır./report
 
İcmal.Az

RƏYLƏR