Qaradağda yol qəzası: Ölən var

OXUNUB: 543 HADİSƏ

Qaradağ rayonunun Səngəçal qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən İcmal.Az-a verilən məlumata görə, aprelin 16-da saat 11:00 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsində Ağdaş rayon sakini Mansur Qasımov idarə etdiyi "VAZ-2107” markalı avtomobili yolun kənarında dayanmış Bakı şəhər sakini İsgəndər Mehdiyevə məxsus "KamAZ” markalı maşına vurub.

Nəticədə M.Qasımov hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR