Qarsda 14 azərbaycanlı qadın saxlanıldı

OXUNUB: 658 DÜNYA

Qars rayon polis idarəsinin əxlaq bürosu Karadağ məhəlləsində yerləşən gecə klublarından birində əməliyyat keçirib. 

İcmal.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, əməliyyat zamanı işləmə icazəsi olmayan 31 əcnəbi qadın saxlanılıb. 

Məlumatlara görə, saxlanılanlardan 14-ü azərbaycanlı, 4-ü rus, 2-si gürcü, 7-si erməni, 3-ü özbək, 1-i isə moldovalıdır. 

Onlar sənədləşdirildikdən sonra Posof sərhəd-keçid məntəqəsindən deportasiya ediliblər. 

İcmal.Az

RƏYLƏR