Qaydaları pozan 15 əcnəbi saxlanılıb

OXUNUB: 494 SOSİAL

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 6-sı Pakistan, 6-sı Türkiyə, 2-si Moldova və 1-i Filippin vətəndaşı olmaqla, ümumilikdə 15 nəfər əcnəbi saxlanılıb.

DMX-dan İcmal.Az-a verilən məlumata görə, saxlanılmış Pakistan və Moldova vətəndaşlarının Azərbaycan  ərazisində qanunsuz əmək fəaliyyəti (səyyar ticarət) ilə məşğul olduqları məlum olub.  

Türkiyə və Filippin vətəndaşlarının isə ölkədə miqrasiya (olma və yaşama) qaydalarını pozduqları müəyyənləşib. 

Saxlanılmış əcnəbilər müvafiq qaydada məsuliyyətə cəlb olunub və barələrində qərarlar qəbul edilib.

İcmal.Az

RƏYLƏR