Qazax icra başçısından qazimizə qarşı həqarət: "1 DƏFƏ DƏ OLSUN GƏLMƏYİBLƏR, KÖMƏK ETMƏYİBLƏR"

OXUNUB: 784 Özəl HADİSƏ
7NEWS.az xəbər verir ki, bu barədə ikinci Qarabağ savaşının qazisi Kənan Musayevin anası yazır: "Mən, Məmmədova Məhəbbət Seyfəddin qızı. Oğlum, 15.11.2001-ci ildə Qazax rayonunda anadan olan Musayev Kənan Nadir oğlu ilə birgə Əli Şıxlinski küçəsində yerləşən KTT yataqxanasında yaşayırıq. Mən işsiz qadınam, gəlir yerim yoxdur. Maddi cəhətdən çətinliyim var. Oğlum 08.01.2020-ci ildə hərbi xidmətə yollanmışdı. 03.10.2020-ci ildə Qarabağ döyüşlərində sol ayağını itirib. Buna baxmayaraq, heç kəs maraqlanmır. Nə Qazax rayonu icra başçısı, nə şəhər nümayəndəliyi, nə hərbi komissarlıq, nə də səhiyyə idarəsi maraqlanır. Oğlumun sarğı ləvazimatlarını, dərmanlarını və kastelini qonşularımın köməyi ilə özüm almışam. Hətta sarığını belə mən baxa bilmədiyim üçün qonşular dəyişir. İcra nümayəndəliyindən bir dəfə gəlib hər şeyi yoluna qoyacaqlarını deyib gediblər. Hələ bir xəbər yoxdur. Oğlumla komissarlığın rəisi ilə görüşüb, hərbi bileti haqqında məlumat verdik. Düzələcək deyib, bizi sola saldılar. Amma hələ bir xəbər yoxdur. Sizdən xahişim, bunu işıqlandırın. Səsimə səs verin. Maraqlananlar üçün ailənin əlaqə nömrəsi: +994 55 520 97 59"

RƏYLƏR