Qazaxda 56 yaşlı kişi özünü asıb

OXUNUB: 1468 HƏFTƏLİK İCMAL index-manşet AZƏRBAYCAN MARAQLI

Qazax. 1 may. / Qazax rayonunda 56 yaşlı kişi intihar edib.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, Qazax rayon sakini, 1961-ci il təvəllüdlü Füzuli Xəlilov yaşadığı evdə özünü iplə asıb. 

İlkin ehtimal onun öz canına qəsd etməsinə küllü miqdarda borcunun olması səbəb kimi göstərilir.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Sakinlərin dediyinə görə, F.Xəlilov valyuta alqı-satqısı ilə məşğul olub.

RƏYLƏR