Qətərə verilən vaxt 48 saat uzadıldı

OXUNUB: 795 Özəl DÜNYA

Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin Qətərə qarşı irəli sürdüyü 13 maddəlik tələbnamənin qəbul edilməsi üçün verilən vaxt başa çatıb. Körfəz ölkələri rəsmi Dohaya əlavə 48 saat vaxt veriblər.

İCMAL.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə,Qətərə blokada tətbiq edən ölkələr bu qərarı böhranın aradan qaldırılması üçün vasitəçilik missiyasını üzərinə götürən Küveytin tələbi ilə qəbul ediblər.

Qətərin xarici işlər naziri Məhəmməd ibn Əbdürrəhman Əl-Tani daha əvvəl verdiyi açıqlamada bəyan etmişdi ki, ölkəsi tələbnamədə irəli sürülən tələbləri qəbul etmir: "Qətər böhrandan çıxmaq üçün Körfəz ölkələri ilə danışıqlar aparmağa hazırdır. Bu niyyətlə danışıqlar masasına oturmağa hazırıq. Qətər regional təhlükəsizlik və sabitliyə dair məsələləri müzakirə etmək üçün danışıqlar masasının ətrafına əyləşmək niyyətindədir”.

Qeyd edək ki, Qətərə təqdim olunan siyahıdaİranla diplomatik münasibətlərin dayandırılması, İrandakı ofislərini bağlaması, həmçinin İranla hərbi sahədə əməkdaşlığa son qoyması, "Müsəlman qardaşlar", İŞİD, "əl-Qaidə" və "Hizbullah" kimi terror təşkilatları ilə əlaqələri dayandırması, bu təşkilatları rəsmi olaraq terrorçu elan etməsi; "əl-Cəzirə" və digər media qurumlarını bağlaması da tələb olunur. Bundan başqa Qətərdən Türkiyənin bu ölkədə hərbi iştirakına son qoyulması tələbi də var.

Xatırladaq ki, iyunun 5-dən etibarənSəudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri Yəmən, Liviya və Maldiv Adaları və digər dövlətlər Qətərlə diplomatik əlaqələri kəsib. Buna səbəb kimi Qətərin Bəhreynə qarşı apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsir göstərməsi və bu ölkənin daxili işinə qarışması, media vasitəsilə gərginliyi davam etdirməsi, terrorizmi dəstəkləməsi və İranla əlaqələrin qurulmasına kömək etməsini əsas səbəb kimi göstərilib.

 


RƏYLƏR