QHT Agentliyində Laçının qaytarılması ilə bağlı tədbir keçirilib - VİDEO

OXUNUB: 554 QHT SOSİAL
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Laçın rayonunun azad edilməsi ilə bağlı tədbir keçirilib.

7News.Az APA -ya istinadən xəbər verir ki, tədbirdə bir çox qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan agentliyin icraçı direktoru Aygün Əliyeva bu münasibətlə hər kəsi təbrik edib və işğaldan azad olunan ərazilərdə də vətəndaş cəmiyyətlərinin fəaliyyətinin təmin ediləcəyini istisna etmədiyini bildirib.

 

O qeyd edib ki, yəqin ki, yaxın vaxtlarda Zəngilanın Ağalı kəndinə və Laçına qeyri-hökumət təşkilatlarının səfəri təşkil olunacaq. Aygün Əliyeva əlavə edib ki, bu gün Zəngilanda yeni vətəndaş cəmiyyətinin yaradılması məsələsi də gündəmdədir.

 

Daha sonra çıxış edən təşkilat rəhbərləri Laçınla bağlı xatirələrini bölüşüblər.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qeyd edib ki, bu gün Azərbaycan xalqının sevincinin hədd-hüdudu yoxdur.

 

"Azərbaycan Prezidentinin keçirdiyi görüşlərin, atdığı addımların nəticəsidir ki, Laçın şəhəri döyüşsüz düşməndən zad edildi. İnanırıq digər ərazilərimizə də qovuşacağıq. Biz beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmalıyıq k, nə üçün Suriyadan və digər xarici ölkələrdən gətirilmiş ermənilər ərazilərimizə yerləşdiriliblər. Buna hüquqi müstəvidə cavab tapmaq lazımdır" - deyə o qeyd edib.

 

Tədbirdə qeyri-hökumət təşkilatları tərəfindən Laçınla bağlı tarixi nüansların açılmasına ehtiyac olduğu, bu haqda sənədli filmlərin çəkilməsinin və beynəlxalq ictimaiyyətə çatdırılmasının labüdlüyü vurğulanıb.
 
Daha sonra çıxış edən qeyri-hökumət təşkilatları – Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatnın sədr müavini Cəlil Xəlilov, "Mərhəmət" Kimsəsizlərə Yardım ictimai birliyinin sədri İradə Polad, Azərbaycan Vətən Müharibəsi Veteranları" ictimai birliyinin nümayəndəsi Niyazi Quliyev, Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri Rey Kərimoğlu, "Xankəndi” məcburi köçkünlərə dəstək İctimai Birliyinin sədri Vəliyeva Xatirə, "Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Şamil Ələkbərli, Qarabağ Müharibə Veteranlarına Yardım ictimai birliyinin sədri Növrəstə Yusifova, "Müharibə Veteranı Qadınlarına Sosial Yardım" ictimai birliyinin sədri Radə Abbas, "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" ictimai birliyinin sədri Hafiz Səfixanov, Sağlam İnkişaf və Maarifləndirmə ictimai birliyinin sədri Anar Xəlilov, Dialoq naminə ictimai birliyinin nümayəndəsi Samir Pənəliyev, Milli QHT Forumunun sədri Rauf Zeyni, "Jurnalist Ekspert Mərkəzi" ictimai birliyinin sədri Ceyhun Musaoğlu, "Azərbaycan Jurnalistlər Şəbəkəsi" ictimai birliyinin sədri Ayaz Mirzəyev, "Ortaq Dəyərlər" ictimai birliyinin sədri Aqil Camal, Tarix və Mətbuat Araşdırmalarına Dəstək ictimai birliyinin sədri Nəsiman Yaqublu, "Regional İnsan Hüquqları və Media Mərkəzi" ictimai birliyinin sədri Xalid Kazımov, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlili, Azərbaycanın İşğal Olunmuş Ərzilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri Laçın şəhəri, Sus və Zabux kəndinin nəzarətə keçməsinə görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkür ediblər.
 

RƏYLƏR