“QHT Əməkdaşlarının Media və PR Bacarıqlarının Artırılması” layihəsinin birinci hissəsi başa çatıb

OXUNUB: 554 QHT SOSİAL
"İrəli” İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "QHT Əməkdaşlarının Media və PR Bacarıqlarının Artırılması” layihəsinin birinci mərhələsinə yekun vurulub.

Birlikdən məlumat verilib ki, layihə çərçivəsində 20-dən çox qeyri-hökumət təşkilatını təmsil edən ümumilikdə 35 iştirakçı qatılıb. Layihə iştirakçıları yeni media mühitində ictimaiyyətlə əlaqələr sisteminin qurulması, müəssəsisələrin brend kimi formalaşmasında sosial şəbəkələrin rolu, faydalı sosial media alətləri, uğurlu media tədbirlərinin təşkili və digər mövzular ilə əlaqədar təlim və görüşlərdə iştirak ediblər.

Təlim və görüşlər media mütəxəssisləri Əfsələddin Ağalarov, Səmayə Məmmədova, Məleykə Tağızadə və Nadir Yalçının təqdimatında baş tutub. Həmçinin layihə çərçivəsində Birliyin əməkdaşı Günel Abbaszadə tərəfindən asudə vaxtın səmərəli təşkili istiqamətində müxtəlif ictimai müzakirə, praktiki sessiya və digər maraqlı tədbirlər də həyata keçirilib.

Həmçinin qeyd olunub ki, həyata keçirilən layihənin əsas məqsədi QHT-lərdə media və PR istiqamətləri üzrə fəaliyyət göstərən əməkdaşlarının bilik və bacarıqları artırmaq, fəaliyyətlərin mətbuat və sosial şəbəkələrə çıxış imkanlarını gücləndirmək və aparılan PR-ın səmərəliliyinin yüksəldilməsinə nail olmaqdır. Layihənin davamlılığının təmin edilməsi, yeni əməkdaşlıqların yaradılması və mövcud əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə növbəti mərhələdə iştirakçıların müxtəlif televiziya və radio kanallarına, informasiya agentliklərinə, o cümlədən qəzetlərə səfəri nəzərdə tutulub.

RƏYLƏR